Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi baş verən həbslər çoxdan baş verməli idi” - Qabil Hüseynli

Politoloq: “Belə təsəvvür yaranır ki, ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız müharibə elan edilib”...

“Artıq ölkədə dərk edilir ki, rüşvət və korrupsiya, insanların hüquqlarının tapdalanması, məmur özbaşınalığı ölkənin milli təhlükəsizliyini hədələməyə başlayıb”.

Bu sözləri politoloq Qabil Hüseynli ölkədə həyata keçirilən həbsləri və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, dünəndən ölkədə gurultulu həbslər həyata keçirilir. Dünən ölkə mediası Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, onun birinci müavini Ramiz Tatarovun və humanitar məsələlər üzrə müavin Lalə Eyyubovanın həbsi xəbərləri ilə çalxalandı.

Xəbərlərdə bildirilib ki, icra başçısı və müavini dekabrın 18-i axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Dünən həmçinin Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Həbs edilən Ağstafanın icra başçısı Nizaməddin Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov haqqında rəsmi olqaraq bir çox korrupsiya və rüşvət ittihamları səsləndirilib.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Artıq sadə insanlar düşünəcəklər ki, dövlət onların keşiyində dayanıb. Qarşılıqlı olaraq onlar da bu dövlətin keşiyində dayanmaq üçün əllərindən gələni əsirgəməzlər”.

Sırf rüşvətə bulaşmış və rüşvətlə milyonlar qazanmış məmurların həbslərini cəmiyyətin saflanması kimi qəbul edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu həbslərdən sonra cəmiyyətin inamı, xüsusən sadə insanların qanuna və dövlətə olan inamı özünə qayıdacaq. İnsanlar öz dövlətinə və hökumətinə böyük etimad hissi ilə baxa biləcəklər:

“Düşünürəm ki, indi baş verən həbslər çoxdan baş verməli idi. Bu həbslər geçiksə də, işin xeyrinə olan həbslərdir. Belə təsəvvür yaranır ki, ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız müharibə elan edilib.

Bu işə artıq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yox, Dözlət Təhlükəsizlik Xidməti cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti işi daha da əsaslandırmış və lazımı səviyyədə görməyi bacaran dövlət orqanıdır. Buna görə də həyata keçirilən həbslərin daha effektli olacağına inanmaq olar.

Artıq ölkədə dərk edilir ki, rüşvət və korrupsiya, insanların hüquqlarının tapdalanması, məmur özbaşınalığı ölkənin milli təhlükəsizliyini hədələməyə başlayıb. Eyni zamanda da ciddi təhdidlərə çevrilib. Buna görə də belə həbslər həyata keçirilir.

Qabil Hüseynli: “Bu işə artıq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yox Milli Təhlükəsizlik Xidməti cəlb edilib”.

Sırf rüşvətə bulaşmış və rüşvətlə milyonlar qazanmış məmurların həbsləri davamlı olsa, cəmiyyət saflaşar, durular. Cəmiyyətin inamı, xüsusən sadə insanların qanunlara, dövlətə inamı özünə qayıdar. İnsanlar öz dövlətinə və hökumətinə böyük etimad hissi ilə baxa biləcəkrlər. Artıq sadə insanlar düşünəcəklər ki, dövlət onların keşiyində dayanıb. Qarşılıqlı olaraq onlar da bu dövlətin keşiyində dayanmaq üçün əllərindən gələni əsirgəməzlər.

Mənim zənnimcə, ölkədə ciddi proseslər gedir. Bu proseslər həm proflaktiki, həm də bütövlükdə cəmiyyətin durulmasına, yenilənməsinə, cəmiyyətin dünya standartlarına qaldırılması hədəflərinə köklənib. Buna görə də bu işi alqışlamaq lazımdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar