Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmam Əlinin adı ilə məşhur olan surə hansıdır?  

Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Hər kəs cümə gecəsi "Vaqiə" surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir"

"Vaqiə" surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.

"Vaqiə" surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.

Bu surədə adı çəkilən vaqiə - Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır.

"Vaqiə" surəsi Qiyamət gününün xüsusiyyətlərindən bəhs edir. Ancaq onun məzmununu 8 hissədə xilasə etmək olar:

1. Qiyamətin başlaması və onun qorxulu hadisələri.

2. O günü insanların qruplara ayrılması.

3. Qürb əhlinin məqamları və behiştdəki müxtəlif savabları.

4. Əshabi-yəminin halının şərhi və onlara verilən İlahi nemətlər.

5. Əshabi-şimalın halı və onlara verilən əzablar.

6. Məadın müxtəlif məsələlərinin zikri.

7. Can verən insanın halının təsvir edilməsi və başqa dünyaya köçməsi.

8. Möminlərin mükafatı və kafirlərin əzabına qısa nəzər. (milli.az)

pia.az


Etiket: İmam Əli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar