Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk miqrant karvanı ABŞ sərhədinə çatdı

Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 2 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb

Tixuananın yerli məmurları şəhərin yalnız 700 miqrantı saxlamaq iqtidarında olduğunu bildiriblər. Bu səbəbdən də, miqrantlar hələlik onlar üçün ayrılan idman salonu və stadionda yerləşdirilib.

ABŞ-ın sərhəd-gömrük işçiləri gün ərzində ən çox 100 miqrantın müraciətinə baxdığından, Latın Amerikasından gələn miqrantların Tixuanada aylarla qalıb gözləməli olacaqları ehtimal edilir.

BMT-nin statistikasına əsasən, ABŞ-a yola düşən 7 mindən çox miqrantın 2300-dən çoxu uşaqlardır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhədə 15 min əsgər göndərəcəyini bildirmişdi. O həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.(Azvision.az)

pia.az


Etiket: Miqrant

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Ən çox oxunanalar