Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: "Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq"

İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək...

Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Azərbaycanİraq paytaxtları arasında birinci birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək”.

Poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Ən çox oxunanalar