Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: Bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir

Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında iştirak edib...

“Hazırkı vəziyyəti düzgün qiymətləndirmək üçün biz bir qədər tarixə də nəzər salmalıyıq. Bizim torpaqlarımız təxminən 30 il boyunca Ermənistanın işğalı altında qalıb”.

Poliqon.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib.

“Baş nazir Qaribaşvili vurğuladı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilməyib. Mən də həmçinin deyə bilərəm ki, Ermənistan 27 il boyunca Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmədi və onlara heç bir sanksiya tətbiq olunmadı. Biz müharibədən qaçmaq məqsədilə hər zaman Ermənistana sanksiya tətbiq edilməsinə çağırırdıq. Biz Minsk Qrupunun nəticə verməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etməsini gözləyirdik, lakin biz heç bir hərəkət görmədik. Ümumi anlayış var idi ki, bu münaqişə artıq dondurulub. Beləliklə biz sübut etdik ki, bu dondurulmuş (münaqişə-red.) deyil. Beləliklə biz öz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək üçün döyüşməli və 3000 həyatı qurban verməli olduq. Ona görə də biz Qarabağdakı bugünkü vəziyyəti və ya bizim erməni icması ilə kommunikasiyasımızı kontekstdən çıxara bilmərik və 30 illik işğalı, Livanın ərazisi böyüklükdəki ərazinin tamamilə dağıntılar altında olduğunu sadəcə yaddan çıxara bilmərik. Bu yadplanetlilər tərəfindən edilməyib, bu gəlib bizim torpağımızı işğal edən, 1 milyon azərbaycanlını evsizə çevirən, 67 məsciddən 65-ni dağıdan, onları murdarlayan qonşularımız tərəfindən edilib. Daha sonra biz onları qovduq və onlar indi “ədalət” üçün müraciət edirlər. Torpaqlarımızı 30 il işğal edənlər, indi bizi işğalda ittiham edirlər”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın Qarabağın erməni icması ilə praktiki kommunikasiyaya başlaması yalnız Rusiya vətəndaşı olan kriminal oliqarx Ruben Vardanyan Azərbaycan ərazisini tərk edərsə, mümkün olacaq:

“Həmçinin bir şey də unudulmamalıdır ki, Baş nazirin müraciət etdiyi 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanat əslində Ermənistanın de-fakto kapitulyasiya aktıdır. Biz müharibədə savaşdıq və müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən tanındı. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin Baş nazirə verdiyi yeni mandatdır və bu, sülh mandatıdır. Ona görə də biz gələcəyə baxmalıyıq. Sessiyadan öncə də müzakirə etdik – bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir. Biz bu fürsəti qaçırmamalıyıq. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı bütün azlıqlar eyni mədəni, linqvistik və digər hüquqlara və üstünlüklərə, həmçinin təhlükəsizliyə malikdirlər. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaya başlamağa hazırıq və bu gün Dövlət Katibi Blinkenin önündə də mən ermənistanlı həmkarıma bunu dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, Avropada çirkli pulların yuyulmasında iştirak edən kriminal oliqarx Vardanyan bizim ərazimizi tərk etsin".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay