Bakı-Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb
90-ND-795 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik avtomobili ilə 09--BB-222 dövlət nömrə nişanlı “Toyota Prado” toqquşub.
PİA.az Oxu.Az-a istinadən müxbiri hadisə yerindən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, “Toyota Prado”nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb.
Onların toya getdiyi bildirilir. “Land cruiser”ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.
Qəzayla bağlı araşdırma aparılır.
pia.az