Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki ildir sürülməyən, hərəkət etməyən avtomobilə 50 manat cərimə yazılıb - Foto

İki ildən çoxdur ki, idarə edilməyən, hərəkətsiz vəziyyətdə saxlanmış avtomobilə cərimə təyin olunub

Bu barədə Oxu.Az-a müraciət edən şikayətçi Rauf Əlimərdanov bildirib. O qeyd edib ki, 10-BP-920 dövlət qeydiyyat nömrə nişanlı, VAZ-2121 (“Niva”) markalı, 1993-cü il istehsallı nəqliyyat vasitəsini iki ildən artıq idarə etməyib, hətta yerini belə, dəyişməyib. Amma adında olan nəqliyyat vasitəsinə “Yol hərəkəti haqqında” Qanunla müəyyənləşdirilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə cərimə təyin olunub.

Vətəndaşın məlumatına görə, cərimə haqqında bildiriş mobil telefonuna SMS vasitəsilə bu gün səhər saatlarında göndərilib. 50 manat məbləğində cərimə təyin edildiyi, protokol tərtib olunduğu bildirilib.

Şikayətçi Baş Dövlət Yol Polisinin “902” qaynar xətt nömrəsinə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilmədiyini, buna görə “102” xidmətinə müraciət etdiyini vurğulayıb.

Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq:

“Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək”.

“Bəs vətəndaşın iddiası təsdiqini taparsa, bu zaman yanlış cərimə təyin edilməsi ilə əlaqədar hansı addım atıla bilər?” sualına gəlincə isə qurumdan qeyd edilib ki, hər bir halda araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Poliqon.info 


Etiket: Cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar