Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı kənd sakinlərinə ölülərini yumaq üçün su vermir

İcra başçısı baxımından neftçalalıların bəxti heç gətirməyib...

Su həyatdır deyirlər. Yer kürrəsində ona görə, yaşayış var ki, burda su var. Amma di gəl ki, su olasa da susuz qalasan, bax bu başqa bir bəladır. Neftçala rayonu Kür çayının, Xəzər dənizinin sahilində yerləşsə də, rayonda susuzuqluqdan nəinki ilanlar, hətta insanlar da mələşir.

Ümumiyyətlə, icra başçısı baxımından neftçalalıların bəxti heç gətirməyib. 80-cı illərdən sonra bu rayona normal icra başçısı göndərilməyib ki, yazıq insanları düşünsün. Taleh Qaraşovun darmadağın etdiyi rayonu, İsmayıl Vəliyev viran qoyub.

Bir neçə il əvvəl rayona tikinti-abadlıq adı altında külli miqdarda maliyyə vəsaiti ayrıldı. İcra başçısı İsmayıl Vəliyev bu pulu elə bir formada həzmrabedən keçirib ki, geriyə bir iki əhəngli bina, 3-4 km yol qaldı. Vəssalam. Nə kanalizasiya çəkildi, nə də su problemi həll olundu.

Bizimxeber.az xəbər verir ki, rayonun su deyib mələşdiyi əsas hissəsi Qoltuq kənddidir. Bu kəndin sakinləri susuz qalsalar da, abır edib icra başçısının əzəmətli bınasına cəmi 100 dəfə gediblər. İcra başçısı da “abrına bükülüb” bu insanları düz 100 dəfə də yalançı vədlə yola salıb. Sonda isə bəlli olub ki, bu kəndin sakinlərinə suyu verməyən elə İsmayıl Vəliyev özüdür. Rayon Su Kanal İdarəsinin rəisi (adı yoxdu) and aman edir ki, İsmayıl deyib ki, o kəndə su vermə. Səbəbini də deməyən icra başçısının bu kəndin sakinləri ilə nə problemi var bax, bunu da bilən yoxdur.

Kənd sakinləri axşamlar “zikr” edib yatırlar ki, bəlkə İsmayıl yoldaşın niyə onlara su vermədiyini yuxuda görə bildilər. Amma gördüm deyən hələlik yoxdur. Day mollalar da quran-kitab açmaqdan yorulub. Heç bir faydası yoxdu.

Kəndin az qala 100 yaşı olan ağsaqqlı deyirmiş ki, İsmayıl Vəliyevin bizi niyə susuz qoyduğunu bilmirik. Niyə belə edir bilən yoxdur. Sakinlər düşünür ki, bəlkə İsmayıl Vəliyev pul istəyir? Ordan-burdan elçi salıb soruşurlar ki, bəlkə puldan zaadan verək bizə su verilməsinə icazə verəsən. Yox ki, yox…

Deyilənə görə, bir neçə dəfə su adı altında pul yığdırıb. Amma su verilməyib. İndi insanlar da düşünür ki, pulu yığıb verərik, yenə də su verilməz lap pis olar. Yenə pulu verib maşınla su gətirdirlər. İçməyə də, çimməyə də, hətta ölülərini yumağa da bu sudan istifadə edirlər. İsmayıl Vəliyev ölü yumağa da su vermirsə daha nə sözümüz…

Bir sözlə, Neftçalanın vəzifəsini itirməyə vot-vot olan icra başçısı İsmayıl Vəliyev Qoltuq sakinlərini su blokadasında saxlayır. İşin avand olsun İsmayıl qardaş… Vaxt gələr, dövran dönər, sənin də taxtın çevrilər. Di salamat qalın…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar