Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynqulu Bağırovun xaricdəki 11 milyon dollarlıq biznesi ilə bağlı sənədlər yayıldı

"Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib, ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir"

PİA.az xəbər verir ki, bu sözləri ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalara cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

İndisə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində sabiq nazirin bu sözlərini xatırladaraq, yeni faktlar açıqlayıb, sənədlər yayıb.

C.Həsənli yazıb ki, sabiq nazirin oğlu Lətif Bağırov Almaniyadakı biznesi ilə bağlı adıçəkilən ölkənin müvafiq qurumlarına 11 milyon dollarlıq maliyyə hesabatı verib: "İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Söhbət təxminən 11 milyon avrodan gedir...".

Məsələ ilə bağlı sabiq nazirlə əlaqə yara bilmədik.

Onun da münasibətini dinləməyə hazırıq. (Reyting.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar