Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib - Foto

Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.

Qeyd edilir ki, həbs edilənlərin ümumi sayı yeddi nəfərə çatıb.

Patit Paban və Pulin Haldarın 36, Məhəmməd İlyas, Əbdül Səttar və Şeyx Mansurinin 49 yaşları var, onlar Qərbi Benqal sakinləridir.

Polisin Cinayətkarlıqla Mübarizə şöbəsinin polis komissarının müavini Raj Tilak Ruşan bildirib ki, istintaq Şeyx Mansurinin saxtakarlığın təşəbbüskarı olduğunu üzə çıxarıb. O, Mumbra şəhərində pasportların saxlandığı otağı icarəyə götürüb.

Ruşan qeyd edib ki, cinayətkarlar vətəndaşları aldadaraq, onlara Azərbaycan, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, QətərRusiya kimi ölkələrdə iş vəd ediblər. Cinayətkar qruplaşma vətəndaşların pasportlarını və müəyyən miqdarda pullarını alaraq, onlara saxta vizalar veriblər.

Daha əvvəl Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib. Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib. Qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.

Poliqon.info


Etiket: Qrup


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ən çox oxunanalar