Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin 100 illik yubileyi: şəhid övladları və məktəblilərin iştirakı ilə konsert proqramı təşkil edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə şəhid övladlarının və məktəblilərin iştirakı ilə konsert proqramı təşkil edilib...

08 may 2023-cü il tarixində Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Poliqon.info xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhid ailələri və orta məktəb şagirdlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə Ulu öndər Heydər Əliyevin uşaqlara qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov çıxış edərək, bu tarixi gün münasibətilə tədbir iştirakçılarını, uşaqları təbrik edib. Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız Ulu öndərin daim uşaqlara böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu qeyd edib.
Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin və rəqs qrupunun ifasında konsert proqramı ilə davam edib.

Sonda Salyan Dövlət Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa nümayiş olunub.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar