Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesablama Palatası nazirliklərin xərclərində uyğunsuzluqlar aşkarlayıb

Hesablama Palatası tərəfindən aparılan təhlillər, 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir...

Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur ki, bu, dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır.

Poliqon xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edək ki, Hesablama Palatası Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə 6,1 mln. manatın (Digər enerji mənbələri) və 2,3 mln. manatın (Digər iqtisadi xidmətlər), tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.

Eyni zamanda Hesablama Palatası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Süleyman Mikayılovun Müşviqabad qəsəbəsində səyyar qəbulu keçirilib

Ən çox oxunanalar