Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Rusiya və Çinə təşəkkür edib

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı mövqeyini yüksək qiymətləndirib...

Poliqon xəbər verir ki, bu barədə təşkilatın Telegram kanalı məlumat yayıb.

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı mövqelərini və ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsinə veto qoymaq qərarını yüksək qiymətləndirib.

İsmayıl Haniyə həmçinin Qəzza zolağında “İsrailİN təcavüzü”nə son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasına üzv və qeyri-üzv olan bütün ölkələrə təşəkkür edib. O, beynəlxalq ictimaiyyəti İsraili beynəlxalq hüquqa və insan hüquqlarına hörmət etməyə məcbur etməyə çağırıb.

Qeyd edək ki, 10 ölkə ABŞ-ın qətnaməsinin lehinə səs verib, BƏƏ də daxil olmaqla 3 ölkə əleyhinə çıxıb. Mozambik və Braziliya bitərəf qalıb. Təklif olunan layihədə deyilir ki, tərəflər Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarında həyata keçirdiyi iyrənc terror aktını birmənalı şəkildə rədd edir və pisləyirlər. Bundan əlavə, layihədə bütün ölkələrin özünümüdafiə hüququ vurğulanır və HƏMAS-ın Qəzza zolağında saxladığı girovların dərhal azad edilməsi tələb olunur.

Dünən, oktyabrın 25-də BMT Təhlükəsizlik Şurası da Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsini qəbul etməyib. Layihə Çin, Qana və BƏƏ tərəfindən dəstəklənib. ABŞ və Böyük Britaniya bunun əleyhinə səs verib. Daha 9 ölkə bitərəf qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar