Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyətin başağrısına çevrilən Putinin “aşpazı” kimlərlə çarpışır?..

“Vaqner”in sahibi Yevgeni Priqojinin münasibətləri təkcə Müdafiə Nazirliyi ilə korlanmayıb, həmçinin Prezident Adminstrasiyası və Putinin Piterdən olan köhnə dostları ilə də münasibətləri gərgindir...

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Важные истории” nəşri məlumat yayıb. Həmin məqalənin tərcüməsini təqdim edirik.

Bir müddət əvvəl Youtube-da özünü Saşa Kurara adlandıran bir şəxsin uzun illər əvvəl “Vaqner” Özəl Hərbi şirkətin sahibi Yevgeni Priqojinlə birlikdə cəza çəkdiyini söylədiyi bir video yayıldı. Kurara Priqojinin o vaxt məhbusların aşağı kastasına - digər məhbuslara cinsi xidmət göstərən qondarma "incimişlərə" aid olduğunu bildirdi. Kurara “Vaqner qrupu”na qoşulanlara xəbərdarlıq edib ki, onlar “petux”un bayrağı altındadırlar.

Priqojin əslində gəncliyində uzun illər həbsdə olub. O, oğurluqda, özgənin əmlakını ələ keçirmək məqsədilə basqın etməkdə və yetkinlik yaşına çatmayanları cinayət əməllərinə cəlb etməkdə təqsirli bilinib. 1981-ci ildə Leninqrad məhkəməsi onu 13 il ciddi rejimli koloniyada həbsə məhkum edib. Prigojin on il məhbəsdə yatıb.

Yayılan videodakı iddiaların doğru və ya yalan olduğu bilinmir. Lakin bu, açıq şəkildə Priqojinin nüfuzunu sarsıtmaq və Ukraynaya göndəriləcək şəxsi hərbi şirkətinə məhbusların cəlb edilməsini çətinləşdirmək üçün nəzərdə tutulub.

Priqojinə qarşı kompromatın arxasında kimin dayandığını bilmirik. Amma bilirik ki, son vaxtlar az qala siyasi ictimai xadimə çevrilən “Vaqner” Özəl Hərbi şirkətin sahibi bir çox nüfuzlu şəxsləri özünə qarşı çıxarıb. Bu barədə Important Stories-ə Putinin köhnə dostları, FTX və hərbçilərə yaxın mənbələr bildiriblər.

Putinin dostları

Priqojinin Rusiya prezidentinin köhnə dostları ilə, xüsusən də Sankt-Peterburq bankı “Rossiya”nın əsas sahibi Yuri Kovalçukla münasibətləri mürəkkəbləşib. Prezidentin dostlarını yaxşı tanıyan bir adam deyir: “Putin Sankt-Peterburqda olduğu vaxtdan iki dünyada yaşayırdı. Bir dünya layiqli insanların dairəsi idi. Putinin həmkarları (buraya Kovalçukun da daxil idi) “Göl” bağ kooperativində toplaşırdılar. O biri dünya isə keçmiş cinayətkarlar və ya bu və ya digər şəkildə cinayətlə əlaqəli insanlar idi”.

Mənbə izah edir ki, Putin KQB-dəki təcrübəsi sayəsində hər iki dünyadan olan insanlarla asanlıqla ümumi dil tapıb və bu onun üçün təbii idi. Bundan əlavə, 1990-cı illərdə Sankt-Peterburq meriyasında şəhər problemləri ilə məşğul olarkən, o, cinayətkarla kontaktda olmaqdan yayına bilmirdi. Lakin köhnə peterburqlu tanışların və Putinin özünün fikrincə, iki dünya kəsişməməli idi, onlar kriminal keçmişi olan insanların yerini aydın şəkildə təsəvvür edirdilər və onların yüksəlişinə imkan vermir, bu məsələdə də güzəştə getmirdilər.

“Adətən Putinin keçmişdə cinayətlə bağlı olan tanışları bunu başa düşürdülər. Prezidentlə görüşü xatırlayanlar və ondan istifadə etməyə çalışanlar ya mühafizəçi Roman Tsepov kimi qəbiristanlığa, ya da Tambov qrupunun lideri Vladimir Kumarin kimi həbsxanaya düşdülər”, deyə mənbə bildirib.

Ukraynadakı müharibə kartları qarışdırdı və Priqojinin nüfuzunu artırdı. Çünki onun “Vaqneri” cəbhədə çox faydalı idi. Yeni şəraitdə öz əhəmiyyətini hiss edən Priqojin bundan istifadə etmək qərarına gəldi və siyasi məsələlərə qarışmağa başladı. Mənbənin sözlərinə görə, bu, köhnə Sankt-Peterburq klanı üçün qəbuledilməzdir, onlar kriminal keçmişi olan şəxsin onlarla eyni meydançada oynamasına icazə verə bilməzlər. Amma indi də ona açıq müqavimət göstərə bilmirlər. çünki Putin Priqojini yüksək qiymətləndirir.

Kovalçuka yaxın mənbə onun Priqojinlə münaqişəsini təkzib edir və deyir ki, əgər Kovalçuk kimsə kompromat videonun yayılmasını onunla bağlıdırsa, bu, əslində başqasının qaldırdığı “yalançı bayraq əməliyyatıdır” və kimsə bu bayrağın arxasında pzünü gizlətməyə çalışır.

Prezident Administrasiyası

Priqojinin münaqişəsi olan digər şəxs prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkodur. “Putinin aşpazı”nın administrasiya ilə münasibətləri onun məsuliyyət sahəsinə müdaxiləsindən sonra kəskinləşib. O, məmurların, hətta Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov kimi siyasi xadimlərin təyinat və vəzifədən azad edilməsinə təsir göstərməyə cəhdlər edib.

Məlumdur ki, Priqojin Sankt-Peterburq sakinlərini Beqlovun fərqinə varmadığı problemlərlə bağlı ona müraciət etməyə çağırıb, Baş Prokurorluqdan və FTX-dan qubernatoru və onun ətrafını korrupsiyaya görə yoxlamağı tələb edib. Əvvəllər Sankt-Peterburqdakı vəziyyəti tənqid edən Sergey Şnurovun “Leninqrad” qrupunun kliplərini maliyyələşdirib. O, həmçinin Sankt-Peterburq hökumətinin Mariupolun bərpası ilə bağlı təşəbbüslərində iştirak etməyəcəyini bildirib. “Mən heç bir yarışmada, xüsusən də qaranlıq yarışlarda iştirak etmək fikrində deyiləm və Mariupolda nəsə tikmək fikrində deyiləm, ilk növbədə ona görə ki, müqavilələr çətin ki, şəffaf olacaq”, - deyə Priqojin bildirib. O əlavə edib ki, əgər “DXR” və “LXR”də nəsə bərpa işləri aparılarsa, o zaman öz pul ayıra bilər.

Priqojin müstəqil oyunçu kimi prezidentə yaxınlığı və geniş media resursları ilə administrasiyanı narahat edir. Çünki administrasiya, nə ona, nə də mediasına nəzarət edə bilmir. Bu halda isə onun daha da güclənməsi administrasiya üçün yalnız problemlər vəd edir.

Priqojin özünü elan edən Kiriyenkonun nəzarəti altında olan “LDXR”də təşəbbüslərin qarşısını alır, orada fırtınalı fəaliyyətə aparır və eyni zamanda prezidentə birbaşa çıxış əldə edə bilir.

Məsələn, Priqojinin “LDXR”dəki vəziyyətlə bağlı Putinə konkret nə məlumat verəcəyini və bu hesabatların həmin Kiriyenkonun baxışlarına necə uyğunlaşacağını proqnozlaşdırmaq mümkün deyil.

Müdafiə Nazirliyi

Priqojin uzun müddətdir ki, müdafiə naziri Sergey Şoyqu və Ukraynanın işğalına rəhbərlik edən generallarla informasiya müharibəsi aparır. Priqojini bu məsələdə Müdafiə Nazirliyinin rəhbərlərinin bəzi hərəkətlərini səmərəsiz və çox vaxt zərərli hesab edən Çeçenistan rəhbəri Ramzan Kadırovu dəstəkləyir. Eyni zamanda, Baş Qərargaha yaxın olan mənbələri “Важные истории” nəşrinə bildiriblər ki, Priqojin və Kadırovun hərbi rəhbərliyi tənqid etmələrinin çox vaxt obyektiv və ədalətli olur.

Mənbə izah edi ki, “Vaqner” ÖHŞ ordu sisteminə inteqrasiya olunub və təbii ki, təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Priqojin ÖHŞ-yə əmr vermir, onun fəaliyyətini və maliyyələşdirilməsini, o cümlədən təkcə öz hesabına deyil, həm də Kremlin “xüsusi əməliyyata” maliyyə dəstəyi verməyə borclu olduğu iri iş adamlarının pulları hesabına təmin edir.

Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə konfliktləri təkcə səhv, bəzən hesab etdiyi kimi, əmrlər və uğursuz hərbi əməliyyatlarla deyil, həm də döyüşçülərinin lazımi sursatla təmin edilməməsi ilə bağlıdır.

Belə ki, son qarşıdurmalardan biri “Vaqner” ÖHŞ muzdlularının kifayət qədər döyüş sursatı olmadığı barədə açıqlamaları ilə bağlıdır. Əsgərlər Baş Qərargah rəisini söyərək videomüraciət paylaşıblar: “Baş Qərargah rəisi! Siz pi... və ya ... Bizim sursatımız yoxdur”.

Hərbi rəsmilər öz kanalları ilə bunu “Ukrayna millətçilərinin” təxribatı kimi təqdim etməyə çalışıblar. Priqojin şəxsən bu yanaşmanı təkzib edib və videonu çəkən döyüşçüləri dəstəkləmək üçün cəbhəyə gedib onlarla görüşdü.

Hərbi məmurlar və Sergey Şoyqu da Priqojinə heç nə edə bilmir. Putin hesab edir ki, Priqojin və onun ÖHŞ-inə indi cəbhədə ehtiyac var və onlar bəzən peşəkar ordudan daha effektiv fəaliyyət göstərirlər.

Priqojin öz media resursları ilə Vaqner “Vaqner” ÖHŞ -nin bu fəaliyyətini dəstəkləyir, “vaqnerçi”lərin uğurlu döyüç əməliyyatlarını ictimaiyyətə çatdırır. Bu şəraitdə “Vaqner” ÖHŞ ilə digər silahlı qüvvələr arasındakı durum təkcə təchizat və maliyyə baxımından deyil, həm də xüsusi informasiya dəstəyi baxımıdan qeyri-bərabərdir.

Başqa sözlə, ÖHŞ-nin nailiyyətləri və hərbi məmurların uğursuzluqları prezidentə daha tez çatdırılır ki, bu da hərbi rəhbərliyi qıcıqlandırmaya bilməz.

FTX

FTX ilə gərginlik əks-kəşfiyyat işçilərinin Prigojhinin Vaqner ÖHŞ-yə məhbusların cəlb edilməsində göstərdiyi fəaliyyəti müşayiət etməli olması səbəbindən inkişaf edib. Ukraynaya silahlı məhbusların, quldurlar və qatillərin müharibəyə göndərilməsi, xüsusilə də “öldürmək”, “işgəncə vermək” və “heç olmasa boğaz kəsmək” kimi radikal ayrılıq ifadələr işlədən banditlərin cəlb edilməsi FTX-ya yaraşan yanaşma deyil. Xidmət başa düşür ki, sonda bu təlim keçmiş və müharibədən keçmiş kontingent sabah onların probleminə çevriləcək. Ən əsası isə onların mülki həyata qayıtmasının nəticələrinə görə FTX məsuliyyət daşıya bilər.

Eyni zamanda, qələbələrlə bağlı qazanclar və siyasi üstünlüklər Prigojinin adına yazılacaq. FTX isə ÖHŞ-də yeni bacarıqlar əldə etmiş xüsusilə təhlükəli cinayətkarları izləmək və onlara nəzarət etmək kimi çirkli işləri görməli olacaq.

Mümkün həddi aşmaq artıq Priqojin üçün problem deyil, əks-kəşfiyyat zabitləri üçün isə başağrısı yaranacaq.

***

Bu və ya digər şəkildə Ukraynadakı müharibə Priqojini heç vaxt olmadığı ictimai siyasi xadimə çevirir. Onun hər hansı hücumlardan qorunmaq üçün yeni səlahiyyətləri və resursları var. Buna görə də onun indi çox şeyə gücü çatır və təhlükəsizlik qüvvələri, daxili siyasətə cavabdeh olanlar, hətta prezidentə yaxın şəxslər də onunla hesablaşmalı olurlar.

Müharibə Priqojin üçün fürsət pəncərəsinə çevrilib, bu da Rusiyada “xüsusi əməliyyat” inkişaf etdikcə və “kollektiv Qərbə” və digər xarici və daxili düşmənələrə qarşı “orijinallıq” uğrunda şiddətli mübarizə davam etdikcə, hakimiyyətə hansı növ insanların gələ biləcəyinə işarə edir.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ən çox oxunanalar