Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - Fotolar

74 saylı Lənkəran kənd seçki dairəsində nəticələrin ləğvindən sonra Hadı Rəcəblinin hakimiyyətə qarşı münasibətinin dəyişdiyi barədə iddialar səsləndirilir...

Bu iddiaların bir səbəbi də Hadı Rəcəblinin əmisi oğlu Şadil Rəcəbovun sosial şəbəkələrdə etdiyi paylaşımlardır.

Şadil Rəcəbov əmisi oğlunun qalib elan edildiyi dairədə nəticlərin ləğvindən sonra sosial şəbəkələrdə müxalifyönlü paylaşımlar etməyə başlayıb. Əvvəllər daha çox iqtidarın xeyrinə olan paylaşımlar edən Şadil Rəcəbli indi müxalifətə yaxın müxtəlif platformaların məlumatlarını paylaşmağa başlayıb.

Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadı Rəcəblinin müxalifətə keçməsi barədə iddialar da bu müzakirələrin gedişində səsləndirlir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olan Hadı Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsinin qalibi elan edilib. Lakin bir neçə gün sonra həmin dairənin nəticləri ləğv edilib.

Şadil Rəcəbov Hadı Rəcəbliyə məxsus olduğu bildirilən "Palıdlı Sahil" istirahət mərkəzinin icraçı direktorudur.(yeni sabah)

pia.az


Etiket: Hadı Rəcəbli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar