Azərbaycan diasporunun nümayəndələri Ermənistanın Niderlanddakı səfirliyi önündə icazəli piket keçiriblər...
Nümayişə yığışan azərbaycanlılar müxtəlif banner və şüarlarla Vətən Müharibəsində şəhid olan əsgərlərin xatirəsini anıblar. Bundan əlavə səsgücləndiricilər vasitəsilə “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Dinc nümayiş iştirakçıları daha sonra ermənilərin beynəlxalq ictimaiyyəti yanıldan məlumatlar yaymasına etiraz ediblər.
Piket zamanı Ermənistanın mina terroruna diqqət çəkilib.
Həmçinin diaspor nümayəndələri Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb.
Fotolar
pia.az