Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidenti Tbilisidə etirazçıları qələbə münasibətilə təbrik edib

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyalarının iştirakçılarını qələbə münasibətilə təbrik edib və Tbilisidə davam edən etiraz aksiyalarını dəstəklədiyini bildirib…

Poliqon.info xəbər ki, Gürcüstan prezidenti bu barədə martın 9-da axşam saatlarında jurnalistlərə bildirib.

“İlk növbədə, cəmiyyəti ilk qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən hakimiyyətin qanunu geri götürmək üçün qəbul etdiyi qərarı alqışlayıram. Bu, onların xalqın real gücünü nəzərə almaq qərarıdır”, deyə Zurabişvili bildirib.

Gürcüstan prezidentinin sözlərinə görə, etirazlar zamanı baş verənlər birlik əlaməti və xalqın səsi idi və etirazçılar Gürcüstan hakimiyyətini bu səsi eşitməyə məcbur etdilər.

“Mən bu yolda səninləyəm, qorxma. Bu yolda hakimiyyətə etimadsızlıq var və niyə belə olduğu aydındır”, deyə Gürcüstan prezidenti müxalifətin mitinq iştirakçılarına müraciətində qeyd edib.

Xatırladaq ki, martın 9-da səhər saatlarında qanunun qəbuluna qarşı iki gün davam edən etirazlardan sonra hakim “Gürcü Arzusu” partiyası “Xalqın Gücü” hərəkatının təşəbbüsü ilə parlamentə təqdim edilən “Xarici agentlər” barədə qanun layihəsinin müzakirələrdən çıxarıldığını bildirib. Hakim partiya təkcə etirazlara səbəb olan qanun layihəsini geri götürməklə kifayətlənməyib, həmçinin etirazçıların tələbi ilə iğtişaşlar zamanı saxlanılanların hamısını azad edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar