Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcülər Gəncə qapılarını niyə gizlədirlər? - Alimdən sensasion açıqlama

Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur

PİA.az bildirir ki, bu sözləri Axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.

O xatırladıb ki, Gəncə qapısı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb:

“1138-1139-cu illərdə güclü zəlzələ şəhəri dağıdıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb.

Qapının bir tayının olmamasına səbəb isə gürcü monarxlarının əmri ilə həmin tayın parçalanıb monastırın tavanında mismar kimi istifadə edilməsi olub”.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Gəncənin əsas giriş qapısı haqqında aşağıdakı iddia ilə çıxış edib:

“Bəzi mənbələrdə yazılır ki, guya gürcü monarxlarının əmri ilə Gəncə qapısının bir tayından mismar kimi istifadə edilib. Düşünürəm ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdacağını düşünərək, belə bir saxta tarix uydurublar və orijinal qapıları Gürcüstanda hardasa gizlədirlər. Bizə isə kiçik bir qapını göstərirlər.

Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı əsl Gəncə qapısı deyil. Bu, Gəncəyə aid olsa da, qalanın giriş hissəsindəki qapı deyil. Orda bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bizim bir çox qədim əşyamızı bu qapı kimi haradasa bərk-bərk qorumaqdadırlar”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar