Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – Sülhməramlı kloun

Artıq, adının nə olmasından asılı olmayaraq, bu hərbi hissənin ölkə ərazisindən çıxarılması Rusiyadan tələb olunmalıdır və eyni zamanda bu, Ermənistanı sürətlə sülhə məcburetmə yoludur…

Azərbaycan ərazisində mandatsız şəkildə “sülhməramlı” fəaliyyət göstərən Rusiya ordusu nöşvəbəti “tamaşasında” bir daha separatçlıarın və özlərinin qanunsuz əməllərini ört basdır etməyə cəhd edib. Bu tamaşanın baş rolunu isə “sülhməramlı cinayətlərlə” məşğul olan və bunun üçün də “kloun” obrazına girən general Volkov olub. Cənab Volkov təkcə erməni separatçılarının deyil, həm də öz cinayətlərini ört-basdır etmək məqsədi ilə qanunsuz istismar olunan faydalı qazıntı yataqlarının monitorinqini sabotaj edib və bunu təbii ki, “türk-azərbaycanlı” nifrəti ilə alışıb yanan separatçıların əli ilə edib.

Artıq bu təxribatın təfərrüatları belə maraqlı deyil. Önəmli olan bundan sonrakı mərhələdə Azərbaycanın bu tip “sülhməramlı təxribatlara” verəcəyi birmənalı və dəqiq cavabdır.

Azərbaycan bütün hallarda öz ərazilərindən faydalı qazıntıların qanusuz istismarının və ölkə xaricinə çıxarılmasının qarşısını almalıdır. Bunun isə tək yolu var. Rusiya sülhməramlılarının təşkil etdiyi kontrabandanın qarşısının alınması üçün “Laçin yolu”nda Azərbaycan gömrük məntəqəsi açılmalı və bunun üşün lazım gələrsə əməliyyat belə keçirməlidir. Azərbaycanın bunun üüçün bütün qanuni hüquqları var və bu hüququn reallaşmasına heç bir mandatsız, fəaliyyət çərçivəsi müəyyən edilməyən “sülhməramlı” mane ola bilməz. Mane olmağa cəhd edərsə də, işğalçı “sülhməramlılara” öz yerləri göstərilməlidir.

Digər önəmli məsələ isə, Azərbaycanın artıq, adının nə olmasından asılı olmayaraq öz ərazisində olan Ruisya ordusunun vaxtının uzadılmayacağı ilə bağlı aydın mesaj verməsidir. Bəlkə də artıq bu hərbi hissənin ölkə ərazisindən çıxarılması Rusiyadan tələb olunmalıdır və bu eyni zamanda Ermənistanı sürətlə sülhə məcburetmə yoludur. Ancaq bu halda Ermənistanla sülhə nail olmaq mümkün olar. Yəni gərginlik maksimum artırılmalıdır ki, kimlərsə sülhün zəruriliyin görsün və duysun…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar