Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – Qalib gəlmək məhkumluğu və “sülhməramlı” seçimi…

Biz Azərbaycan prezidentinin qətiyyəti və dönməz iradəsi ilə qalib gələcəyimizə inanırıq və buna məhkumuq...

Şuşa ərazisində, Xankəndindən Ermənistana gedən yolun üstündə ağır şərtlər altında davam edən aksiyanın önəmi Azərbaycan üçün taleyüklüdür. Artıq “sülhməramlıların” və ermənilərin Qarabağda törətdikləri qanunsuzluqlar və terror qarşısında geri çəkilmək imkanımız, belə yoxdir.

44 günlük Vətən müharibəsində olduğu kimi, hər şey qələbə üçün hesaplanmalıdır və bu aksiya Azərbaycan xalqının yeni qələbəsini təmin etməlidir. Ona görə də biz qalib gəlməyə məhkumuq və bu məhkumluğumuz dövlətin, xalqın çiyinlərində olduğu kimi, həm də bu soyuqda və şaxtada qəhrəmancasına mübarizə aparan fəalların çiynindədir.

Vəziyyətin “sülhməramlılar” üçün dalana dirənməsi aydındır. Moskva üçün əslində iki yol qalır. Onlardan biri Azərbaycanın Üçtərəfli Bəyanatdan irəli gələn haqlı tələblərini yerinə yetirmək və öz faliyyətlərini işğal qaydalarına deyil, sülhməramlı qaydalarına uyğun tənzimləməkdirsə, ikinci yol aksiya iştirakçılarına qarşı güc tətbiq etməkdir.

Rusiyanın ikinci yolu secəcəyi heç də ağlabatan deyil. Amma birinci yolu seçmək istəməmələri də ortadadır. Ona görə də Moskva aldadıcı “kompramis variant” axtarmağa çalışacaq və çalışır da.

Ancaq Moskvanın təklif etdiyi hər hansı bir “kompramis variant” Azərbaycan üçün keçərli ola bilməz. Çünki Azərbaycanın istədiyi sadəcə Üçtərəfli Bəyanatın RusiyaErmənistan tərəfindən yerinə yetirilməsidir. Bunu üçünsə “kompromisə” ehtiyac yoxdur. “Sülhməramlılar” Qarabağdakı qanunsiz silahlılarla postlarda dayanmaqdansa, onları tərksilah etməli, nəzarət etdikləri əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi tanımalı, azərbaycanlıların bu ərazilərə problemsiz gediş-gəlişini təmin etməli və Qarabağda yaşayan erməni azlığın Azərbaycana inteqrasiyası üçün əməli addımlar atmalıdırlar.

Bütün bu məsələlərdə Azərbaycanın hər hansı bir güzəştə getməsi mümkün olmadığı kimi, danışıqlar mövzusu da ola bilməz. Ya “sülhmətamlılar” yuxarıda göstərilən və Üçtərəfli Bəyanata görə, birbaşa vəzifələri olan problemləri həll etməli, ya da özünü Azərbaycan ərazisini işğal edən və Azərbaycan xalqına qarşı müharibə aparan tərəf olaraq tanıtmalıdır.

Sülhməramlıların aksiya iştirakçılarına qarşı güc tətbiq etmələri isə məhz bunu ortaya qoymuş olacaq. O halda təbii ki, Azərbaycan ordusu və dövləti də dinç aksiya keçirən vətəndaşlarını qorumalıdır. və qoruyacaq da...

Bu, indiki şəraitdə Moskvanın heç də arzulamadığı və gedə bilməyəcəyi variantdır. Ruslar təbii ki, Azərbaycanı Bakıya bir neçə raket atmaqla təhdid edə bilərlər. Lakin bu təhdid reallaşacağı təqdirdə, Rusiya Qərbdə Ukraynanı bir dəfəlik itirdiyi kimi, cənubda Azərbaycanı da itirməsi ilə nəticələnəcək.

Ermənilərin nəyi xəyal etməsindən asılı olmayaraq, bu geosiyasi “fəlakətə” Moskvanın yol verməsi isə heç də inandırıcı deyil.

Ona görə də biz Azərbaycan prezidentinin qətiyyəti və dönməz iradəsi ilə qalib gələcəyimizə inanırıq və buna məhkumuq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar