Goranboyda iki avtomobilin toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
PİA.az-ın məlumatına görə, VAZ-21099 və “Geely” markalı avtomobil toqquşması zamanı Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.
Xəsarət alanlar Samux rayon sakinləri VAZ-21099 sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984 -cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-ci il təvəllüdlü Aysu Zeynalova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılar əvvəlcə Goranboy mərkəzi xəstəxanasına yerləşdirilib. Sonrada Gəncə yerləşən xəstəxanaların birinə aparılıblar.
pia.az