Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Genişlənən ABŞ-Yunanıstan hərbi əməkdaşlığı... - Türkiyə üçün böyük təhlükə?..

Vaşinqton və Afina müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək və genişləndirmək qərarına gəliblər...

Politoloq: “Hazırda Vaşinqtonun əsas planı regionda Türkiyəni Yunanistanla əvəzləməkdir”.

“Yunanıstanı gücləndirməklə onlar sadəcə regionda daha böyük təhlükə yaradırlar ki, bu təhlükəni hər şeydən əvvəl NATO-nu və Avropa Birliyini yandırıb-yaxacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-Yunanıstan hərbi əməkdaşlığının genişlənməsinin Türkiyə üçün təhlükələrini PİA.az-a şərh edərkən qeyd edib.

Yunanıstandakı ABŞ hərbi bazalarının sayı 9-a yüksəlib. Son bir ildə Vaşinqton Yunanıstanda 4 yeni hərbi baza yaradıb. Bundan başqa ABŞ 2021-ci ilin iyul ayında Dədədağac adasına 400 tank və zirehli texnika göndərib. Yunanıstan ötən il ABŞ-la imzaladığı Qarşılıqlı Müdafiə haqqında Əməkdaşlıq Sazişini srağagün parlamentdə təsdiqlədikdən sonra tərəflər bu əsasda müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək və genişləndirmək qərarına gəliblər.

Vaşinqton və Afina arasında hərbi əməkdaşlığın NATO çərçivəsindən kənarda ən yüksək səviyyəyə çatdırılması təbii ki, Ankaranı ciddi narahat etməkdədir. Yunanıstandakı ABŞ qoşunlarının Türliyə ilə sərhəddə yerləşdirilməsiisə xüsusi diqqətçəkici məsələdir. Ankara haqlı olaraq hesab edir ki, ABŞ-Yunanıstan hərbi əməkdaşlığı məhz Türkiyəyə qarşı genişləndirilir. Maraqlıdır ki, hər üç ölkə NATO üzrə müttəfiqdir. Bu anlamda Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı narahatlığı da başa düşüləndir. Çünki NATO-nun genişlənməsi çərçivəsində faktiki olaraq bir-birinə heç də dost olmaya ölkələr müttəfiq edilir ki, bu da Şimal Alyansında hər şeyin ABŞ-ın maraqları çərçivəsində döndüyündən xəbər verir.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ-a səfəri zamanı etdiyi çıxışlar isə Afinanın Ankara ilə heç də müttəfiq ölkə olmadığını, düşmən ölkə olduqlarını ortaya qoymuş oldu. Çünki Kiriakos Mitsotakisin səfər çərçivəsində bütün ritorikası Türkiyəyyə qarşı yönəlmişdi və Yunanıstan diplomatiyası son zamanlar yumşalmaqda olan ABŞ-Türkiyə münasibətlərinə zərə vermək üçün əlindən gələn hər şeyi elədi.

Türkiyə üçün böyük təhlükəyə çevrilən ABŞ-Yunanıstan hərbi əməkdaşlığı hansı səviyyəyə qədər inkişaf edə bilər və buna qarşı Türkiyənin hansı addımları atması gözləniləndir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Hazırkı situasiyada Vaşinqton-Afina hərbi əməkdaşlığı Türkiyənin regional siyasətinin qarşısını ala bilməyəcək”.

Türkiyənin lazım gələrsə, Egey dənizində adaların silahsızlaşdırılması istiqamətində hərbi əməliyyatlara start verəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, onda ABŞ Yunanıstana kömək edə bilməyəcək, çünki bu sonucda NATO-nun parçalanmasına gətirib çıxara bilər:

“Yunanıstanın ABŞ-la hərbi əməkdaşlığı Türkiyə əleyhinə yönəlib və bu NATO daxilində müttəfiqlik əlaqələrinin zədələnməsi deməkdir. İlk növbədə Lozanna müqaviləsi yada salınmalıdır. Müqaviləyə görə Yunanıstan Egey dənizində adalarda silahalı qüvvələr yerləşdirməməliydi. Göründüyü kimi Yunanıstan müqaviləni pozur və Egey dənizinə silahlı qüvvələr yeridir. Bu da iki ölkə arasında gərginliyi artıran əsas məsələlərdən biridir.

Hazırda Vaşinqtonun əsas planı regionda Türkiyəni Yunanistanla əvəzləməkdir. Türkiyənin yürütdüyü müstəqil siyasət ABŞ-ı narahat edir. Amma, ABŞ və başqa dövlətlər nə qədər çalışsalar da, Türkiyəni heç bir dövlətlə əvəzləyə bilməyəcəklər. Yunanıstan da qəti şəkildə Türkiyənin regional mövqeyini əvəzləyə bilməz. Çünki Yunanıstan nə Yaxın Şərqdə, nə digər regionlarda xüsusi çəkisi və nüfuzu olan ölkə deyil. Lakin buna baxmayaraq Afinaya dəstək verməklə Vaşinqton Ankaranın beynəlxalq arenada və regionda artna qüdrətini və nüfuzunu zəiflətməyə çalışır. Amma mən inanmıram ki, bu siyasət hardasa uğurlu bir sonucla nəticələnsin.

Məhəmməd Əsədullazadə: “Rusiyanın yürütdüyü siyasətin Avropada və bütün dünyada hansı panikanın yaradığını da düşünürsək, Türkiyəyə qarşı bu şəkildə davranmaq sadəcə Avropa sərhədlərində xaosu daha da böyüdə bilər”

Ümumiyyətlə hazırkı situasiyada Vaşinqton-Afina hərbi əməkdaşlığı Türkiyənin regional siyasətinin qarşısını ala bilməyəcək. Türkiyə lazım gələrsə, Egey dənizində adaların silahsızlaşdırılması istiqamətində hərbi əməliyyatlara start verəcək. Onda ABŞ Yunanıstana kömək edə bilməyəcək, çünki bu sonucda NATO-nun parçalanmasına gətirib çıxara bilər. Son nəticədə burada da uduşlu tərəf məhz Rusiya ola bilər.

Rusiyanın yürütdüyü siyasətin Avropada və bütün dünyada hansı panikanın yaradığını da düşünürsək, Türkiyəyə qarşı bu şəkildə davranmaq sadəcə Avropa sərhədlərində xaosu daha da böyüdə bilər. Bunu Vaşinqtonda da, Brüsseldə də yaxşı başa düşməlidirlər. Başa düşməlidirlər ki, Yunanıstanı gücləndirməklə onlar sadəcə regionda daha böyük təhlükə yaradırlar ki, bu təhlükəni hər şeydən əvvəl NATO-nu və Avropa Birliyini yandırıb-yaxacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar