Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Polad Həşimov Rusiyanın sayəsində vurulub – Bir şəhadətin gizlinləri

Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi, general-mayor Polad Həşimov iyulun 14-də Rusiyanın Ermənistana gizli şəkildə verdiyi hərbi texnikanın sayəsində vurulub”.
 
PİA.az xəbər verir ki, bu iddianı tanınmış jurnalist Elçin Alıoğlu irəli sürüb.
 
Jurnalistin facebook səhifəsində ünvanların dəqiq adını göstərməsi məlumatı mötəbər dairələrdən aldığı qənaəti yaradır.
 
Məlumata görə, Rusiya istehsalı olan "Moskva-1" 1L67 radioelektron mübarizə kompleksi Rusiya HHQ-nin İl-76 yük təyyarəsi vasitəsilə Ermənistana daşınıb, sonra da təcili şəkildə Azərbaycanla həmsərhəd Tavuş rayonunu ərazisindəki mövqedə yerləşdirilib.
 
P.Həşimovun koordinatları da "Moskva-1" kompleksinə daxil olan RER 1L265E vasitəsilə aşkarlanıb. Daha sonra koordinatlar "Murmansk-BN" radioelektron mübarizə kompleksi və R-330M1P "Diabazol" avtomatlaşdırılmış kompleksi vasitəsilə təsdiqlənib.
 
Koordinatlar təsdiqlənəndən sonra yüksək dəqiqlikli raket atışı olub.
 
Rusiya Ermənistanı gizli, Moskvanın imzaladığı bütün beynəlxalq anlaşmalara və müqavilələrə rəğmən silahlandırmağa davam edir.
 
Xatırladım ki, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən Qarabağ savaşında həlak olmuş üçüncü generalımızdır. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar