Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gələn il də qiymət artımı davam edəcək” - İqtisadçıdan ilin yekunlarına şərh

2022-ci ilin iqtisadi və sosial baxımdan dəyərləndirilməsi...

İqtisadçı-ekspert: “2023-cü ildə hökumət müvafiq qiymət artımlarının yaratdığı təsirləri aradan qaldırmaq, zəiflətmək istiqamətində hər hansı bir böyük planlar nəzərdə tutmur”.

“İstehsalda yığılıb qalmış əlavə xərclər var. Yəni istehsalın maya dəyəri artıb və bu artım hələ bazara transfer edilməyib. Buna yığılıb qalmış təzyiq də deyə bilərik. Bahalaşma istiqamətində də həmin yığılıb qalmış təzyiq mərhələli şəkildə 2023-cü ildə bazara siraət edəcək və qiymətlər bahalaşacaq”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov ilin yekunlarının iqtisadi göstəricilərini PİA.az-a şərh edərkən qeyd edib.

2022-ci il artıq demək olar ki, arxada qalır. İqtisadi və sosial baxımdan başa vurmaqda olan ili necə dəyərləndirmək olar? Ümumiyyətlə, gələn il yüksək inflyasiya və qiymət artımı gözlənilirmi?

Gələn il bizi gözləyən iqtisadi vəziyyəti PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Manatın məzənnəsinin sabit saxlanılması qiymət artımı istiqamətində yaranmış təzyiqləri qismən də olsa, neytrallaşdırmaq üçün hökumətin əlində bir alət kimi istifadə olundu”.

Azərbaycan hökumətinin il ərzində, xüsusilə bahalaşmanın yaratdığı risklər prosesində ciddi bir mövqe ortaya qoymadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, faktiki olaraq bununla bağlı reallıqda heç bir addım atılmayıb:

“2022-ci ili müxtəlif aspektlərdən dəyərləndirmək olar. Çünki bu ildə bir çox hadisələr baş verdi. Belə ki, hökumət modern imkanlarını artırsa da, iqtisadi modeli dəstəkləsə də, bir sıra hadisələrdə əhalinin sosial rifahının daha da ağırlaşması istiqamətində təkliflər formalaşdırmadı. Yəni ümumiyyətlə götürəndə 2022-ci il pandemiyadan sonra daha çox bərpa dövrü ilə xarakterizə olunması ehtimal olunurdu. Amma ilin əvvəlində başlanan Rusiya-Ukrayna müharibəsi bu istiqamətdə təzyiqləri əhəmiyyətli səviyyədə çətinləşdirdi. Müharibə həm iqtisadi münasibətlərdə gərilmələr, həm də mal və xidmətlərin axınında xərclərin artmasına, faciələrin yaranmasına gətirib çıxardı. Bununla da böyük bir infilyasiya, bahalaşma dalğası formalaşdı.

Həmçinin ölkələrin xarici ticarətdə formalaşmış ənənəvi bazarlarla münasibətlərinin daha çətin bir dövrə gəlməsi şərtləndi. O cümlədən Azərbaycan da belə oldu. Eyni zamanda bu proses qlobal bazarlarda karbohidrogen resurslarının qiymətinin bahalaşmasına şərait yaratmaqla Azərbaycan hökumətinin resurs iqtisadiyyatına əsaslanan iqtisadi modelini dəstəklədi. Nəticə həm ticarət saldosunda böyük artımlar var, həm də tədiyyə balansının profsiti çox yüksəkdir. Həmçinin bu imkan verdi ki, manatın məzənnəsi il ərzində sabit qalsın. Bir mənada haradasa, manatın məzənnəsinin sabit saxlanılması qiymət artımı istiqamətində yaranmış təzyiqləri qismən də olsa, neytrallaşdırmaq üçün hökumətin əlində bir alət kimi istifadə olundu.

Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti il ərzində, xüsusilə bahalaşmanın yaratdığı risklər prosesində ciddi bir mövqe ortaya qoymadı. Faktiki olaraq bununla bağlı reallıqda heç bir addım atılmayıb. Bahalaşma ilə bağlı hökumət tapşırıq verib. Amma bu tapşırığın yerinə yetirilməsi ilə bağlı il ərzində böyük bir iş görülmədi və qısamüddətli dövrdə effekt verməsi gözlənilən alətlərdən istifadə olunmadı. Yalnız büdcə prosesində gömrük və vergi məcəlləsinə dəyişikliklərlə bağlı məsələr gündəmə gəlib. Bu da artıq keçirmiş qərar kimi və uzunmüddətli dövrdə nəticəsi mümkün olan bir addım kimi də qiymətləndirilə bilər.

Rəşad Həsənov: “Hökumətin yanaşması ondan ibarətdir ki, xərcləmə artarsa, infilyasiya daha da kəskin xarakter alar. Amma düşünürəm ki, bu yalnış mövqedir”.

Gələn il də qiymət artımı davam edəcək. Bu həm Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərindən qaynaqlanır, həm də qlobal səviyyədə də infilyasiya ehtimalları yüksəkdir. Digər bir tərəfdən istehsalda yığılıb qalmış əlavə xərclər var. Yəni istehsalın maya dəyəri artıb və bu artım hələ bazara transfer edilməyib. Buna yığılıb qalmış təzyiq də deyə bilərik. Bahalaşma istiqamətində də həmin yığılıb qalmış təzyiq mərhələli şəkildə 2023-cü ildə bazara siraət edəcək və qiymətlər bahalaşacaq.

Büdcə və digər maliyyə mənbələrinin təhlili onu göstərir ki, 2023-cü ildə hökumət müvafiq qiymət artımlarının yaratdığı təsirləri aradan qaldırmaq, zəiflətmək istiqamətində hər hansı bir böyük planlar nəzərdə tutmur. Hökumətin yanaşması ondan ibarətdir ki, xərcləmə artarsa, infilyasiya daha da kəskin xarakter alar. Amma düşünürəm ki, bu yalnış mövqedir. Hökumətin funksiyası əhalinin rifahı və infilyasiya arasında tarazlığın təmin edilməsi olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar