Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy rayon İH başçısı insidentin baş verdiyi Söyüdlü kəndinə getdi

Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır...

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insidentin baş verdiyi Söyüdlü kəndinə gedib sakinlərin və jurnalistlərin suallarını cavablandırıb.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonun, eləcə də kənd sakinlərinin sağlamlığı onlar üçün prioritet məsələlərdin biridir.

“Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik.

Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.

Qeyd edək ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Bu zaman isə polislərlə sakinlər arasında insident yaşanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar