“Böyük Yeddilər” qrupu (G7) ölkələri Çini Ukraynadan qoşunlarını çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb...
Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın yeni xarici işlər naziri Yoko Kamikavanın Nyu-Yorkda keçirilən G7 xarici işlər orqanlarının rəhbərləri arasında danışıqların sədri adından verdiyi bəyanatda deyilir.
Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə qeyd edilir ki, G7 ölkələri Çini müharibəni dayandırmaq və qoşunları Ukrayna ərazisindən çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Eyni zamanda, G7 ölkələrinin diplomatik idarələrinin rəhbərləri ÇXR-in Ciddədə Ukrayna üzrə məsləhətləşmələrdə iştirakını müsbət qiymətləndirib və Pekini sülh nizamlanmasında fəal iştirak etməyə çağırıblar.
G7 xarici işlər nazirləri noyabrın 7-8-də Tokioda görüş keçirməyə razılaşıblar
Qeyd edək ki, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ciddədəki məsləhətləşmələrdə ölkəsinin Ukrayna nizamlanmasına dair mövqeyini açıqlamışdı.
Poliqon.info