Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Freedom Finance Azərbaycan” qanunları saymır? – Şirkət Təlim və tədris adı altında invesitisiya fəaliyyəti göstərir

“Freedom Finance Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) qanunsuz fəaliyyət göstərir...

AzFakt.com xəbər verir ki, şirkət 15 fevral 2021-ci ildə Azərbaycanda vergi uçotuna alınıb. Şirkətin nizamnamə kapitalı 3 998 326,75 AZN, qanuni təmsilçisi Məmmədov Vüsal Rafael oğludur.

Vüsal Məmmədov həm də “Freedom Finance Azərbaycan” ASC-nin direktorudur.

Açıq mənbələrdə onun barəsində olan məlumatlarda qeyd edilir ki, Vüsal Məmmədov Mərkəzi Bankının rəsmi şəhadətnaməli məsləhətçisi və fond bazarında 10 ildən çox təcrübəyə malik maliyyə üzrə ekspertdir. Onun əsas məqsədi müştərilərinə maliyyə, investisiya və qiymətli kağızlarla ticarət sahələrində doğru həllər təklif edərək onların qısa müddətli və uzun müddətli maliyyə məqsədlərinə uğurlu formada çatmalarına dəstək göstərməkdir.
İndisə gələk onun direktoru olduğu şirkətə.

“Freedom Finance Azərbaycan” ASC beynəlxalq maliyyə holdinqi olan “Freedom Holding Copr”un törəmə şirkətidir. Şirkət əvvəllər MMC kimi fəaliyyəti göstərib. Sonradan təşkilati-hüquqi forması dəyişərək ASC-yə çevrilib.

“Freedom Holding Copr”un əsas fəaliyyəti investisiya xidmətləridir. Holdingin investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir.

“Freedom Finance Azərbaycan” ASC isə investisiya qoyuluşu, kapital bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində ixtisaslaşmış bir şirkətdir. Yəni, ASC-nin əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.

Vüsal Məmmədov Mərkəzi Bankın şəhadətnaməli eksperti olsa da, direktoru olduğu şirkət Azərbaycan qanunlarını pozur.

Əvvəla, yerli mediada dərc edilən məlumatlardan da görünür ki, “Freedom Finance Azərbaycan” ASC təlim və tədris adı altında invesitiya xidməti göstərir. Daha doğrusu, şirkət investisiya xidmətləri olan qiymətli kağızlar bazarında vasitəçilik və investisiya məsləhətləri xidməti verir. Bu xidmətləri isə Kiprdə qurulu olan Freedom Finance Europe Ltd. şirkəti üzərindən təşkil edir.

Azərbaycanda investisiya fəaliyyəti “Qiymətli Kağızlar Bazarı haqqında” Qanunla tənzimlənir. İnvestisiya fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və o cümlədən şirkətin əməkdaşları Mərkəzi Bank tərəfindən attestasiya olunaraq müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərməlidirlər. Şirkətin, o cümlədən əməkdaşların lisenziyasız və şəhadətnaməsiz fəaliyyət göstərməsi qanunsuzdur. Bu qanun pozuntusu cinayət əməli sayılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən külli miqdarda gəlir əldə etməklə törədildikdə 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Vüsal Məmmədov özünü şəhadətnaməli ekspert kimi təqdim edir. Bunun əksini söyləmək fikrində deyilik. Mümkündür ki, onun şəhadətnaməsi var. Bəs rəhbərlik etdiyi şirkətin investisiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası varmı?
Sualın cavabı birmənalıdır: Xeyr. Və bu fakt rəsmi səviyyədə təsdiqlənir.
Buyurun Mərkəzi Bankın “Freedom Finance Azərbaycan” ASC barəsində sorğuya cavabı ilə tanış olun:
"Freedom Finance Azerbaijan" ASC-yə (cəmiyyət) dair sorğunuzla bağlı bildiririk ki, cəmiyyətə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməmişdir.
Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən olunmuş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti üçün verilmiş lisenziya əsasında mümkündür.
Cəmiyyətin “Freedom Broker” brendindən istifadəsi ilə bağlı isə qeyd etmək istərdik ki, qanunvericilikdə “broker” sözünün istifadəsi qadağan edilməmişdir"(marja.az).

Göründüyü kimi Mərkəzi Bank açıq şəkildə bəyan edib ki, “Freedom Finance Azərbaycan” ASC-yə lisenziya verilməyib. Bu halda ASC hansı əsasla investisiya fəaliyyəti ilə məşğuldur? Bu fəaliyyət təlm və tədris adı ilə pərədələnsə də, ASC barəsində gələn məlumatları təhlil edərkən şirkətin investisiya fəaliyyəti göstərdiyinə heç bir şübhə yeri qalmır.

Qeyd edək ki, bir müddət əvvəl ölkə mətbuatında Freedom Finance Azerbaijan ASC-nin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma dərc edilmişdi. Həmin araşdırmada vurğulanırdı ki, Freedom Finance Azerbaijan ASC Azərbaycan vətəndaşlarının pulunu Kipr şirkəti olan Freedom Finance Europe Ltd. üzərindən xaricə çıxarır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar