Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada ermənilərin azərbaycanlılara hücumunda Daşnaksütyun izi aşkarlanıb

Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirdiyi tədbirə hücumunun təfərrüatı məlum olub

"Report"un əldə etdiyi məlumata görə, tədbir başlamazdan əvvəl kilsəyə daxil olaraq təşkilatçılara və qonaqlara vulqar söyüşlərlə hücum edən və özlərini “FRA Nor-Seround” erməni gəncləri adlandıran şəxslərin bir qismi Ermənistandakı Daşnaksütyun Partiyasının Avropa təmsilçiləridir.

"Onların əllərindəki şüar yazılmış plakatlar Azərbaycanın dövlət rəsmilərinə və atributlarına qarşı daim təhqirlər yağıdıran Orduxan Teymurxanın ayrı-ayrı vaxtlarda yayımladığı videogörüntülərdəki plakatlarla eynidir: “Xocalı soyqırımının dünyaya tanıdılması məqsədilə keçirilən tədbirə qarşı çıxan erməni vandallarının əlində Orduxan Teymurxanın istifadə etdiyi “Əliyev Diktator” plakatının olması hər iki tərəfin eyni mənbədən qaynaqlandığını və birgə hərəkət etdiyinin açıq-aşkar sübutudur. Həmçinin dünyanın müxtəlif yerlərində soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı keçirilən etiraz aksiyalarının Orduxan Teymurxan tərəfindən gözdən salınmağa çalışılması, həmin tədbirlərin mahiyyətini, miqyasını kiçiltmək məqsədilə çıxışlar edilməsi Fransadakı tədbirə qarşı erməni gənclərin göstərdiyi mövqe ilə tam üst-üstə düşür. Bütün bu faktlar bir daha Orduxan Teymurxanın Avropada anti-Azərbaycan dairələrlə, konkret olaraq ermənilərlə birgə fəaliyyət göstərdiyini göstərir", - deyə mənbə qeyd edib.

Fevralın 23-də Avropa azərbaycanlılarının Brüssel şəhərində keçirdiyi Qarabağ mitinqi və bunun ardınca dünyanın müxtəlif ölkələrində azərbaycanlıların digər dost millətlərin diaspor təşkilatları ilə birgə "Xocalıya ədalət!" tələbləri Daşnaksütyun Partiyasının fəallarını ciddi narahat edib: "Onlar bu narahatlıqlarını azərbaycanlıların fəal olduqları ölkələrdəki Ermənistan səfirliyi vasitəsilə həmin dövlətlərin rəsmi qurumlarına irad formasında çatdırıblar. Hətta bəzi ölkələrdə erməni daşnakları millətlərarası qarşıdurma yaradacaqları ilə hədələyiblər".

Qeyd edək ki, azərbaycanlılar Avropada və dünyanın bir sıra ölkələrində, ardıcıl olaraq, Qarabağ aksiyaları keçirərək 1992-ci fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırıma hüquqi qiymət verilməsini tələb ediblər. Digər millətlərin diaspor fəallarının da qoşulduğu aksiya xarici mətbuatda geniş işıqlandırılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar