Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa mətbuatı Azərbaycanın Ermənistana çağırışından yazdı

Fransa mətbuatı Azərbaycanın Ermənistana çağırışından yazıb...

Fransanın "La Gazette"xəbər portalında noyabrın 7-si ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırdığı barədə məqalə dərc olunub.

PİA.az Trend-ə istinadən bildirir ki, məqalədə bilidirilib ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda "Blair House" rəsmi qonaq evində AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü keçirilib: "Görüş zamanı Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu təsdiqləyib və qarşı tərəfi bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırıb".

Məqalədə vurğulanıb ki, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər.

"Hər iki tərəf AzərbaycanErmənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib", -deyə məqalədə qeyd edilib.

ABS Dövlət Departamentinin mətbuat xidmətinə istinadən, həmçinin, əlavə edilib ki, Birləşmiş Ştatlar həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi müstəqliyyini qətiyyətlə dəstəkləyir.

"AzərbaycanErmənistan sülhə doğru cəsarətli addımlar atırlar. Birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur və biz bunu dəstəkləməkdən çox məmnunuq. İndi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaq üçün işləməyə doğru real və cəsarətli addımlarıdır", -deyə məqalədə ABŞ dövlət katibi E.Blinkenin bazar ertəsi AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşündən əvvəl verdiyi açıqlamaya istinadən vurğulanıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar