Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa mediasının uğursuz “erməni oyunu” - Paris nə etmək istəyir?

“Charlie Hebdo” nəşri 2023-cü ildəki ilk sayında birtərəfli və daha çox rasizmə meylli məqalə ilə çıxış edib..

Politoloq: “Fransa mətbuatında söz azadlığı adı altında və bunun davamı kimi erməni problemləri üzərindən yürüdülən siyasətin əsas məqsədi daxili auditoriyada olan gərginliyə hesablanıb”.

“Fransanın daxili ictimai və siyasi mühiti indi elə durumdadır ki, burada bir qorxu mühiti formalaşıb”.

Bu sözləri politoloq Azər Qasımov Fransa mediasının da uğursuz “erməni oyunu”na qoşulmasını PİA.az-a şərh edərkən qeyd edib.

Fransanın “Charlie Hebdo” nəşrinin 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazısında Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, təbliğ olunub. Görünən odur ki, Fransa beynəlxalq səviyyədə tanınan medianı da özünün uğursuz “erməni oyunu”na qoşub.

Beynəlxalq səviyyədə tanınan bu tip medianın birtərəfli və daha çox rasizmə meylli çıxışlarını necə dəyərləndirmək olar və bu tip ictimai çıxışların təsiri barədə nə demək olar?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransanın Türkiyə və son dövrlər Azərbaycana qarşı yürütdüyü siyasət isə acizlikdən başqa heç nə adlandırmaq olmaz”.

“Charlie Hebdo” nəşrinin yayımladığı bu yazı və karikaturaların Fransanın özündən başqa kimsəyə bir ziyan vurmadığını vurğulayan politoloq PİA.az-a bildirib ki, bu tip çıxışlardan sonra sonra dünyada heç nə dəyişmir, amma Fransanın daxili mühiti gərginləşir:

““Charlie Hebdo” nəşrinin bu kimi mövzuda çıxışları hər zaman gərginlik mənbəyi olub. Məhəmməd peyğəmbərin karikaturalarının bu jurnalda çap edilməsinin müsəlman dünyasında yaratdığı etiraz və qəzəbdən sonda həmin mətbu orqanın ofisinə hücum və həmin karikaturaları çəkənin və bir neçə əməkdaşın öldürülməsi hamının yadındadır. Fransızlar bu tip nəşrlərə fikir azadlığı deyirlər. Amma bu fikir və ifadə azadlığı deyil, yüz milyonlarla insanların inanclarını təhqir etməkdir. Nədənsə bu, fransızları və digər demokratik dünya təmsilçilərini narahat etmir. Eyni şeyi son məqalədə Azərbaycan və Türkiyənin aşağılanmasını da göztərmək olar.

Ümumiyyətlə, Fransanın daxili ictimai və siyasi mühiti indi elə durumdadır ki, burada bir qorxu mühiti formalaşıb. Fransa imperialist dövlət kimi tarixinin əsirinə çevrilib. Əsrlərlə aparılan müstəmləkə siyasəti indi dönüb Fransanın özünü vurur. Afrika, Cənubi Amerika, Okeaniya ölkələrində aparılan müstəmləkə siyasəti nəticəsində Fransanın istər demoqrafik, istərsə də ictimai mühiti çox mürəkkəb və hər zaman partlatmağa hazır bir duruma gəlib. Bu, tez-tez baş verən terror aktları və iğtişaşlar şəklində özünü göstərir. Məsələn, son terror aktının gəlmələrə qarşı törədilməsi onu göstərirdi ki, emiqrantlara və onların tarixən Fransada kök salmış, artıq yerli vətəndaş hesab edilən ərəb və afrika mənşəli törəmələrinə qarşı ciddi düşmənçilik var.

Azər Qasımov: “Fransa rasizmə meylli çıxışlarla ancaq öz daxilinə mesaj verir”.

Fransa mətbuatında söz azadlığı adı altında və bunun davamı kimi erməni problemləri üzərindən yürüdülən siyasətin əsas məqsədi daxili auditoriyada olan gərginliyə hesablanıb. Məsələ ondadır ki, nə İslama, nə də son Azərbaycan və Türkiyəyə yönəlik iftira və yalanların heç bir xarici təsiri yoxdur və ola da bilməz. Məsəl üçün “Charlie Hebdo” nəşrinin yayımladığı bu yazı və nəşrlərin Fransanın özündən başqa kimsəyə bir ziyan vurmadığı görünür. Bu nəşrlərdən sonra dünyada heç nə dəyişmir, amma Fransa daxili mühiti gərginləşir. Fransa rasizmə meylli çıxışlarla ancaq öz daxilinə mesaj verir. Daxildəki qeyri-fransız mənşəli emiqrant və vətəndaşlarını bir növ çəkindirmək, qorxutmaq məqsədi güdür. Demək istəyirlər ki, sizlərin varlığı yerli fransızları narahat edir. Onlar sizə qarşı tarixdə olduğu kimi hər cür hərəkət edə bilərlər. Və buna görə da sakit durun.

Fransanın Türkiyə və son dövrlər Azərbaycana qarşı yürütdüyü siyasət isə acizlikdən başqa heç nə adlandırmaq olmaz. Fransanın bizlərə heç bir təsir mexanizmi yoxdur. İlin sonunda BMT-də Təhlükəsizlik Şurasına çıxarılmaq istənilən sənədlə bağlı hadisələrin sonunu bütün dünya gördü. Bununla yanaşı, Fransanın Ermənistanın yanında olması hansı reallığı dəyişə bildi ki?

Bir sözlə Fransa Ermənistan bacısı ilə yenə də elə onların dili ilə desək, “Qırmızı fənərlər” küçəsinin daimi sakini kimi oraların qanunlarına əsasən davranır. Ermənilərdən istifadə edib, fransızların problemini həll etməyə çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar