Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Firəngiz Mütəllimova: “Mənim ilk sevgi məktubum indi yadıma düşəndə gülürəm” – Müsahibə

Xalq artisti: ““Almaz” tamaşasında Fatmanisə obrazını oynayanda səhnəni unutduğumu hiss edirdim. Çünki bu, beyinlə əlaqəlidir. Hər dəfə deyirdim ki, son tamaşadır, bir daha oynamayacağam”

Firəngiz Mütəllimova: “Sevməyin özü də qorxuludur. Sevgi həm gözəl hissdir, həm də özün özünə əzab verirsən”.

“Bizim mədəni halımız” silsiləsindən PİA.az-ın növbəti həmsöhbəti xalq artisti Firəngiz Mütəllimovadır.

PİA.az “Bizim mədəni halımız” silsiləsindən Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova ilə olan müsahibəni İkinci hissəsini təqdim edir:

Müsahibənin Birinci hissəsini buradan oxuya bilərsiniz.

- Nə vaxtsa bir gün unudulacağınızı düşünürsünüz?

- Açığı, bunu heç vaxt düşünməmişəm. Çünki məni səsimdən də tanıyırlar. Çox qəribədir ki, uşaq nənəsiylə yol gedir. Nəvəsi də, nənəsi də məni tanıyır. Mən ailə həyatımla bağlı üç il sənətdən ayrıldım. Hər dəfə təyyarə ilə gedəndə və qayıdanda avtoqraf verirdim. O zaman anladım ki, mən unudulmamışam. Məni unutmadılar.

- Bəs, bundan sonra sənətdən həmişəlik uzaqlaşa bilərsiniz?

- İnanmıram. Çünki bir dəfə uzaqlaşdım və gördüm ki, teatrdan ayrı yaşaya bilmirəm. Özümə çətin oldu. Hətta universitetdən uzaqlaşanda da mənə çətin olmuşdu. Sanki nəsə itirmişəm. Ancaq bilmirəm bundan sonra həyat nə göstərəcək.

Sonuncu dəfə “Qanlı Nigar” tamaşasından sonra əməliyyata gedəcəkdim. Heç kim də bilmirdi. Həkimlər demişdi ki, sizə əməliyyat olmaz. Çünki şiş sinirin üstündədir. Onu götürsələr, əl arabasında qayıdacaqsınız. Lakin mən o riski gözə aldım. Əməliyyatdan çıxanda sağ tərəfimi hiss etmirdim. Hətta “Almaz” tamaşasında Fatmanisə obrazını oynayanda səhnəni unutduğumu hiss edirdim. Çünki bu, beyinlə əlaqəlidir. Hər dəfə deyirdim ki, son tamaşadır, bir daha oynamayacağam.


Firəngiz Mütəllimova: “ “Mənim ilk sevgi məktubum indi yadıma düşəndə gülürəm. Halbuki o vaxtı oxuyanda bütün bədənim əsirdi”.

- Məşhur “Səni axtarıram” tamaşasında Elçinlə Gülnar uzun çəkən ayrılıqdan sonra qovuşur. Aramızda həyatda qovuşa bilməyən Elçinlə Gülnarlar kifayət qədərdir. Onlara sözünüz nə olardı?

- Elədir, aramızda qovuşmayanlar var. Bəzən deyirlər ki, məhəbbət insan həyatına bir dəfə gəlir. Bu fikirlə razı deyiləm. Məhəbbət elə bir hissdir ki, bəzən 80 yaşlı insan bir dəfə belə onu dada bilmir. Qarşılıqsız, platonik sevgilər çox olur. Ancaq istədiyi məhəbbət olmur. İnsan var ki, üç dəfə dəli kimi sevir.

- Yəni, dəfələrlə sevmək mümkündür...

- Əlbəttə, mümkündür.

- Bəs, sonradan olan sevgilər ilk sevgi kimi ola bilir?

- O ildırımlar çaxanda sonradan ilk sevgiyə gülürsən. Mənim ilk sevgi məktubum indi yadıma düşəndə gülürəm. Halbuki o vaxtı oxuyanda bütün bədənim əsirdi. Oğlanı görəndə həyəcandan hara girəcəyimi bilmirdim. Bu hisslər insanı yaşadan hisslərdir. Sevgi təmənnasız olmalıdır. Neynirəm o məhəbbəti ki, kimdən asılıyam?! Gənclərə məsləhətim odur ki, sevdiyiniz insanla ailə həyatı qurun. İndiki gənclərin səbiri yoxdur.

- Sevərək ailə quran elə ailələr var ki, müəyyən müddət sonra evliliklərini bitirirlər...

- Bu vəziyyət daha çox Azərbaycanda olur. Türkiyədə övlad belə olmasa, ayrılmayan ailələr var. Məhəbbət budur. Bizimkilər ictimai yerlərdə yan-yana otururlar. Türkiyədə isə cütlüklər üz-üzə otururlar. Beləcə bir-birilərinə baxa bilirlər. Bizdə isə kişi hamıya baxa bilir, xanımından başqa...

- Ola bilər ki, bu, Şərq qadının daha qısqanc olmağından irəli gəlir?

- Müəyyən mənada ola bilər. Ancaq başqa səbəblər də var. Məsələn, Azərbaycanda evli oğlanın başqa qadınla münasibəti ilə bağlı xəbərlərə tez-tez rast gəlmək olur. Bu hal daha çox məcburi evləndirilənlər arasında olur. Kimin sənə xəyanət edəcəyini öncədən bilmək olmur. Bəzən ən çox sevdiyin, inandığın insan sənin yarana bıçaq vurur.

- Deyirlər ki, insana ən ağır zərbəni sevdiyi insan vurur. Bəs, sizcə?

- Elədir. Sevməyin özü də qorxuludur. Sevgi həm gözəl hissdir, həm də özün özünə əzab verirsən. Hər şeydən şübhələnirsən. Evləri də məhz bu şübhə yıxır. Gərək, bir az boş buraxasan.

- Həyatınızda “Qəlbim bir kimsədən xəbərsiz. Məni deyib, dönürsə bəsimdir” dediyiniz insan olub?

- Olub. Əfsuslar olsun ki, o insan artıq həyatda yoxdur.


Firəngiz Mütəllimova: “Şəhid anası, bir Qarabağ qaçqını rolunu oynamaq istərdim Ailəmin yaşadıqları, özümün eşitdiklərim və gördüyüm bəzi məqamları bir rol kimi oynamaq istərdim”.

- “Sehirli xalat” filminə baxan insanların çoxunun istəyidir ki, kaş ki, həmin sehirli xalatdan məndən də olardı. O sehirli xalatdan sizdə olsaydı, hansı günlərə qayıtmaq istərdiniz?

- Uşaq olsam, bəlkə də başqa şeylər arzu edərdim. Ancaq indiki vəziyyətimdə haqqımı yeyənin haqqından gələrdim, məni aldadan insanların üzünə tüpürərdim, qarğış edəni Allaha həvalə edərdim. Çünki qarğış çox pis şeydir. Heç vaxt qarğış etməyin. O qarğış sonradan insanın özünə qayıdır. Anamın və atamın ruhunu incidənlərin boğazından yapışardım. Eyni zamanda cadu eliyən və etdirən insanların bəlasının verilməsini istərdim.

- Caduya inanırsınız?

- Yox, inanmıram. Ancaq cadu edənlərin varlığını bilirəm.

- İlahi ədalət var?

- İlahi ədalətə inanıram. Mən hər axşam 1saat da olsa, Allaha dua edirəm. Mən o duaları etməsəm, yata bilmərəm. Mənim qəlbimi qıran, övladımı alçaltmağa çalışan insanların cəzasını Allah verib. Ona görə də səbir lazımdır. Çalışın, hər şeyin yaxşısını istəyin.

- Səhhətinizlə bağlı yenə Türkiyəyə gedirsiniz?

- Yox, artıq getmirəm. Məni əməliyyat edən həkim Hakan Oruçkaptan rəhmət getdi. Ondan sonra Türkiyəyə gedə bilmirəm. Bir dəfə bilet aldım, amma getmədim. Əməliyyatdan 3 il sonra mənə dedi ki, narahat olma. Türkiyəyə iki dəfə gedəndə onu görə bilmədim. Vəziyyəti yaxşı deyildi. Mənim onu elə görməyimi istəmirdi.

- Xəstəlik insanın həyata baxışını dəyişməyə qadirdir?

- Mən insanları həmişə sevmişəm. Bəzən şükür edirəm ki, belə bir ürəyim var. İnsanlara fikir verin. Yaş artdıqca, onların üzləri dəyişilir. Bəziləri ifritəyə oxşayır, bəziləri isə mələyə...İnsanlara daim xoş şeylər arzulamaq lazımdır ki, Allah da sənə onu nəsib etsin. Allahdan tək istəyim odur ki, gülər üzü və ağlımı başımdan almasın.

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
Gülyanaq İSMAYILQIZI
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar