Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib...

Poliqon-un xəbərinə görə, müraciətdə deyilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, əkinçilik fəaliyyəti ilə məşğul olan fermer və təsərrüfat sahibləri ilə mütəmadi olaraq keçirilən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət müşahidə olunmaqdadır. İcrası sadə olan həmin təhlükəsizlik qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır:

"Son zamanlar meşə və meşəətrafı ərazilərdə baş verən yanğınlarla əlaqədar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sahələri arasında şumlama yolu ilə təhlükəsizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qanunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəbdən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fermer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunmamasının hüquqi məsuliyyət yaratdığnı xatırladır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar