Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində komanda-qərargah təlimi keçirilib - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

FHN-dən Poliqon.info-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat növbətçi hissəsinə 7.2 bal gücündə “zəlzələ baş verməsi, köhnə tikililərin və kommunikasiya xətlərinin dağıntılara və digər fəsadlara məruz qalması barədə” məlumat daxil olub.

“Məlumat”la əlaqədar Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində “həyati təhlükə ilə üzləşmiş vətəndaşlar” xilas ediliblər.

Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

Uğurla keçirilən təlimdən sonra nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

 

Poliqon.info

Fotolar




Etiket: FHN təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Messinin yaşıl meydanlara hələ də qayıtmamasının səbəbi bəlli oldu

Ən çox oxunanalar