Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in xilasediciləri intihar cəhdinin qarşısını alıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.

FHN-dən Poliqon.info-ya verilən xəbərə görə, günorta saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində 1 nəfər qadın 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bunu görən qonşular dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedici vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaq üçün xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 5-ci mərtəbədə yerləşən qonşu mənzilin eyvanına enib. Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca mənzilə daxil olaraq əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar