Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib

Noyabrın 23-25-də Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib...

FHN-dən Poliqon-a verilən xəbərə görə, təlimə eləcə də Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallar üzrə yerli idarəetmə orqanı-LEMA” və “Təlim üzrə idarəetmə qrupu-EXCON” qismində cəlb olunub.

“Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə humanitar əməliyyatlarda fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlim zamanı Dəstənin şəxsi heyətinin “INSARAG” qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, təlim iştirakçılarına idarəetmə və qarşılıqlı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, həmçinin onların bu sahələrdə bilik və bacarıqlarının artırılması qarşıya qoyulan əsas məqsədlərdən olub.

Əvvəlcə, təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin vəzifələrinə və fövqəladə hallar zamanı fəaliyyət üzrə sənədlərə diqqət yetirilib, eyni zamanda bundan əvvəl təşkil olunmuş təlimlər, eləcə də Dəstənin şəxsi heyətinin beynəlxalq təlim və kurslarda iştirak etmiş əməkdaşları tərəfindən öyrənilmiş təcrübə təlim iştirakçıları ilə bölüşülüb. Toplantıda, həmçinin Tibb mərkəzinin əməkdaşları tibbi və psixoloji hazırlıq üzrə mövzularda təqdimatlarla çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.

Sonra təlimin rəhbərliyi Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin vəzifələri, humanitar əməliyyatlara hazırlıq, fəlakət baş vermis əraziyə yürüş və axtarış-xilasetmə əməliyyatlarında iştirak zamanı diqqətdə saxlanılması vacib olan məsələlər barədə təlim iştirakçılarını məlumatlandırıb.

Daha sonra təlimə start verilib. Nazirliyin Mülki müdafiə qoşunlarında reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq baş vermiş zəlzələ ilə əlaqədar yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, fəaliyyət planı əsasında səfərə hazırlıq işlərinin aparılması təmin olunub.

Təlim zamanı, həmçinin yerli fövqəladə hallar orqanı (LEMA) ilə qarşılıqlı fəaliyyət, gömrük və sərhədkeçmə prosedurlarının yerinə yetirilməsi, media nümayəndələrinə müsahibə verilməsi üzrə qaydaların tədrisi diqqət mərkəzində saxlanılıb.

Hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib.

Bundan əlavə, fəaliyyət üzrə təhlükəsizlik qaydalarının öyrənilməsinə, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına, beynəlxalq təlimatlarda nəzərdə tutulan fəaliyyətin planlaşdırılması və icrası üzrə plan, məlumat və hesabat xarakterli sənədlərin hazırlanması üzrə bilik və bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimdən sonra əldə edilmiş nəticələrin müzakirəsi keçirilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ən çox oxunanalar