Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etimad İsmayılovun qətli: Şahid Süleymanova ifadə verdi

İstanbulun Bakırköyü 22-ci Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı iş adamı, keçmiş baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətli işi üzrə növbəti məhkəmə dinləmələri keçirilib...

Türkiyə KİV-ləri xəbər verir ki, E.İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirov bir daha bu qətli “əvvəlcədən planlaşdırmadığını” bildirib.

Məhkəmədə İlyas İsmayılov və tərəflərin vəkilləri, o cümlədən Gözəl Dəmirovun sürücüsü Barış Aslan da iştirak edib.

Şahid qismində Etimad İsmayllovun ofisində işləyən Karina Süleymanova dindirilib. O, bildirib ki, həmin gün axşam ofisdən çıxıb evə getməyə hazırlaşırdı. Bu vaxt otaqdan atəş səsləri eşidib. “3 dəfə atəş açıldığını eşitdim. Şübhəli Gözəli qapıdan çıxan gördüm. Etimad İsmayılovla bu hadisədən 2 il əvvəl tanış olmuşdum, bundan bir ay sonra isə Gözəli onun vasitəsilə tanımışam. Onların arasında iş məsələsi ilə bağlı ortaqlıq vardı. Aralarında əvvəllər mübahisə etdiklərinin şahidi olmamışam”,- şahid bildirib.

Gözəl Dəmirov isə bir daha bildirib ki, ofisə E.İsmayılovu öldürmək üçün getməmişdi. “Polis rəisi olmuşam, daxili işlər orqanlarında xüsusi idarəyə rəhbərlik etmişəm. Mən istəsəm onu başqa vaxt, başqa adamlar tərəfindən öldürtdürə bilərdim. Onu öldürmək niyyətim yox idi”,-Dəmirov məhkəmədə deyib.

Bu qətl hadisəsi ötən il baş verib. G.Dəmirovla E.İsmayılov arasında biznes ortaqlığı və pul üstündə münaqişə yaranıb. Nəticədə Dəmirov silahını götürərək İsmayılovun ofisinə gedib və orada baş verən mübahisə zamanı ortağına atəş açıb. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Ən çox oxunanalar