Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsas odur ki...“ -Dilarə



PİA.AZ  may ayında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision” mahnı yarışmasında Azərbaycanı təmsil edən müğənni Dilarə Kazımova “Media forum”a müsahibəsini təqdim edir: 


- Siz bir neçə il milli seçim turlarında iştirak etmişiniz. Bu il istəyinizə nail oldunuz. Gözləyirdinizmi bunu?

- Mən “Avroviziya”nın milli seçimlərində üçüncü dəfə iştirak edirdim. “Böyük səhnə” layihəsinin yekununda iki digər finalçı ilə dayanmışdım, öz adımı eşidəndə qulaqlarıma inanmadım. Biz hamımız qələbəyə layiq idik. Qalib gələcəyimə ümid edirdim, amma bu həm də gözlənilməz oldu. Həqiqətən Azərbaycanı təmsil edəcəyimi anlayanda sözlə ifadə edə bilməyəcəyim duyğuları yaşadım. Bu duyğular hələ də məni tərk etməyib.

- Sizə seçilən mahnını necə qiymətləndirirsiniz?

- “Start a fire” mahnısı mənə çox yaxındır, onu birgünlük mahnı adlandırmaq olmaz. Bu mahnıda hər şey – dərin məna, səmimilik, emosiya var. Mahnıda faciəvi hekayətdən bəhs edilsə də, dinləyicidə ümid yaranır.

- Son illərdə Azərbaycan təmsilçiləri xarici bəstəkarların mahnılarına üstünlük verib. Seçim necə edilir? Milli bəstəkarlardan da təkliflər olurmu?

- “Start a fire” mahnısını yazan isveçli bəstəkar Stefan Orn çox tanınmış mahnıların müəllifidir. O, Azərbaycanın “Avroviziya”dakı uğuruna böyük töhfə verib. Biz Stefanla “Böyük səhnə” layihəsi zamanı tanış olmuşuq və dostlaşmışıq. Mahnını İctimai Televiziyanın münsifləri seçib. Seçim mənim ürəyimcədir.

- İfanızda milli elementlər var. Bu, kimin təklifi və seçimidir?

- Əlbəttə, biz istəyirdik ki, mahnıda milli musiqi ənənələri ilə müasir melodiya harmoniya təşkil etsin. Mahnıda Azərbaycanın milli musiqi aləti balabanın səsini eşidirsiniz. Ona kolorit və özəllik verən də məhz odur. Ümid edirəm ki, “Start a fire” həm azərbaycanlı, həm də əcnəbi dinləyicilərin xoşuna gələcək.

- Səhnə performansında nələr olacaq? Geyiminizlə bağlı orijinallıq gözlənirmi?

- Hazırda tərtibat üzərində işləyirik. Çox maraqlı və orijinal nömrə olacaq, amma detalları hələlik açıqlamıram, sürpriz olsun.

- Siz əvvəlki perfomanslardan nə ilə fərqlənəcəksiniz?

- Mən qarşıma fərqlənmək məqsədi qoymamışam. Bir artistin çıxışı digərinə bənzəmir, çünki bütün ifaçılar istedadlı və fərqlidir. Mən Azərbaycanın əvvəlki iştirakçılarına çox təşəkkür edirəm. Onların hər birinin çıxışı özəl olub, biz həmişə müsabiqədə yüksək ballar qazanmışıq. Mən də öz növbəmdə ölkəmi layiqli təmsil etmək üçün əlimdən gələni edəcəm.

- Biz Avropanı bir daha təəccübləndirə biləcəyikmi? Necə hesab edirsiniz?

- “Avroviziya” əsrarəngiz yarışmadır. Onun haqqında əvvəlcədən bir şey demək olmaz. Builki yarışma ilə bağlı fikir söyləmək çətindir. Əsas odur ki, mahnı yaxşı ifa olunsun, adamların qəlbinə yol tapsın.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar