Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın uşaqları orduya cəlb etməsi ilə bağlı Azərbaycan XİN-in hesabatı BMT-nin sənədi sənədi kimi yayılıb

Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb...

Bu barədə Poliqon.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və mili nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub.

Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və video-materiallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında öz əksini tapmış faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır, etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilir.

Sənəddə Ermənistanın post-münaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır.

Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli Ermənistanın öz ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar vasitəsilə irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarından irəli gələn öhdəliyinə əməl etmədiyinin bariz nümunəsi olduğu vurğulanıb.

Sənəddə beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb olunması, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış hesabat ilə bu keçid vasitəsilə tanış olmaq olar.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar