Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın 10 kəndi Naxçıvana qaytarılır?

Vaxtilə Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi Ermənistana verilib. Həmin vaxt muxtar respublikanın 657 kvadratkilometr ərazisinin Ermənistana verilməsi ilə 1921-ci il 16 mart tarixli Moskva və 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin şərtləri kobud şəkildə pozulub. Yenisabah.az xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli mediaya müsahibəsində bildirib. O, həmin kəndlərin də Azərbaycana - Naxçıvana qaytarılmasının vacibliyini diqqətə çatdırıb.

Maraqlıdır, həmin kəndlərin yenidən Azərbaycana - Naxçıvana qaytarılması nə dərəcədə realdır? Ümumiyyətlə, bu mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclis deputatı Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyib ki, tarixi fakt kimi daima bu məsələni gündəmə gətirmək lazımdır:

“Təbii ki, bu ərazilər qanunsuz olaraq verilib. Həmçinin Nüvədili və başqa 4 kəndin də verilməsi məsələsi var. Bu da Meğri-Naxçıvan-Ordubad yolu üzərində təxminən 15 kilometr ərazinin ermənilərə verilməsi mənasına gəlir. Hadisə səhv etmirəmsə, 1931-ci ildə gerçəkləşib. Biz bunların hamısını işıqlandırmalıyıq. Amma burada bir məqamı unutmamalıyıq. Biz SSRİ-dən ayrılanda həmin vaxt hansı ərazilər bizə məxsus idisə, o ərazilər üzərindən çıxış edirik. Ona görə də biz bunu sadəcə bir tarixi fakt kimi qaldırmalı, ədalətsizlik kimi göstərməliyik. Mən bu aspektdən dəstəkləyirəm. Həqiqətən də həmin müqavilələr pozulub. Erməni iddialarına qarşı bu iddiaları səsləndirməyimiz vacibdir”.

Millət vəkili hesab edir ki, məsələnin hüquqi tələb kimi gündəmə gətirilməsi nəticə doğurmayacaq:

“Hansısa bir siyasi ərazi iddiası kimi irəli sürməyimiz müəyyən dərəcədə problem yarada bilər. Düzü, hüquqi tələb kimi gündəmə gətirməyimizin nəticə doğuracağını düşünmürəm. Bizim keçmişdə hansı ərazinin qanuni və ya qanunsuz verilməsinin üzərində durmaqla nəyisə əldə etməyimiz çətin olacaq. Biz o ərazilərdə dururuq ki, SSRİ-dən ayrılanda müttəfiq respublika kimi 1991-ci ilədək Azərbaycan ərazisi olub, onları geri qaytarmalıyıq. Tarixdə kimin qərarı ilə nələrin verilib-alındığını çözələməyə başlasaq, qarşılıqlı müəyyən ziddiyyətlər ortaya çıxa bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar