Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistana ən yeni və yüksək dəqiqlikli silahlar ona görə veriləcək ki...” - Kremldən mesaj

“Nezavisimaya qazeta” Ermənistanın müdafiə naziri David Tonoyanın ötən həftə Moskvada apardığı danışıqlara dair siyasi baxımdan anqajə olunmuş və sifarişli xarakterli məqalə dərc edib

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, məqalədə Rusiyanın Ermənistanı “ən yeni və yüksək dəqiqlikli silahlarla”, o cümlədən SU-30SM qırıcıları ilə silahlandıraraq “rəqib üzərində üstünlüyünü təmin etməyə” imkan yaradacağı bildirilir. “Rəqib” dedikdə isə şübhəsiz ki, Azərbaycan nəzərdə tutulub.

Məqalədə bu üstüörtülü mesaj verilir ki, Ermənistanla Rusiya arasında Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yaranmış problemlər artıq arxada qalıb və Moskva regiondakı müttəfiqini güzəştli kreditlər hesabına silahlandırmaqda davam edəcək.

Qəzetin yazdığına görə fevralın 7-9-da Moskvada keçirilmiş erməni-rus danışıqlarının əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı və Ermənistan silahlı qüvvələrinin arsenalının “yüksək dəqiqlikli, ən yeni” silahlarla tamamlanması olub. David Tonoyan jurnalistlərə deyib ki, Yerevan Rusiyadan çoxfunksiyalı döyüş aviatexnikası almaq niyyətindədir. Onun sözlərinə görə, silahlı qüvvələrin manevrliliyi üçün qırıcı və bombardmançı aviasiyaya malik olmaq lazımdır.

Daha sonra qəzet Rusiyanın 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanı necə silahlandırması haqda bəhs edir. Bildirilir ki, 2013-cü ildə tərəflər hərbi-texniki əməkdaşlıq haqda yeni müqavilə imzalayıblar və həmin müqavilə əsasında Ermənistana silahlar maksimal ucuz qiymətə satılıb. Üstəlik Rusiya ordusu üçün nəzərdə tutulan komplektləşmədə çatdırılıb. Ermənistana silahlar Rusiyadaxili qiymətlə satılmaqla yanaşı bu silahların ixracı üçün hər hansı rüsum da alınmayıb.

Moskva tərəfindən maksimal ucuz qiymətə satılan silahlar Yerevana imkan yaradıb ki, son illər silah alınmasını sürətləndirən Azərbaycanın malik olduğu maliyyə üstünlüyünə qarşı tarazlıq yaratsın”-qəzet belə yazır.

Moskvaya səfəri zamanı David Tonoyan hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayevlə, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovla, habelə Cənub hərbi dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikovla da görüşüb.

Qəzet Rusiyanın Ermənistana yeni müasir silahlarla təchiz etməsini birbaşa Qarabağ münaqişəsi ilə əlaqələndirir. O cümlədən gələn il Ermənistana çatdırılması nəzərdə tutulan 4 Su-30SM qırıcısı hesabına (100 milyon dollarlıq güzəştli Rusiya krediti ilə alınır) Yerevanın hərbi baxımdan güclənəcəyi iddia edilir.

Və qeyd olunur ki, Münhendə bir neçə gün sonra keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında AzərbaycanErmənistan liderlərinin görüşü istisna deyil. Bildirilir ki, bəzi ekspertlər ölkələr arasında Qarabağa dair münasibətlərin “ağ vərəqdən” yeni inkişafını proqnozlaşdırırlar.

Hansı ki, Rusiya nəşri belə vəziyyətdə Ermənistana yüksək dəqiqlikli döyüş texnikasının verilməsini Moskva ilə Yerevan arasında yüksək səviyyəli münasibətlərin, müttəfiqliyin təsdiqi kimi qiymətləndirir.

Başqa sözlə, qəzet belə mesaj verməyə çalışır ki, Qarabağa dair danışıqların yeni mərhələsi ərəfəsində Rusiya Ermənistanı hərbi baxımdan gücləndirmək xəttini tutub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar