Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Erməni hərbiçiləri sentyabra qədər Qarabağdan çıxacaq”

Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarır.

PİA.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armaenpress” Agentliyinə verdiyi müsahibəsində bildirib.

“Bu o demək deyil ki, “Dağlıq Qarabağ” müdafiəsiz qalır. “DQ”-nin müdadfəsini və təhlükəsizliyini “DQ”-nin “Müdafiə ordusu” yerinə yetirirdi və bu mənada heç bir şey dəyişmir. Ancaq onu da qeyd etməliyəm ki, “Dağlıq Qarabağ”ın təhlükəsizliyinin qarantı Rusiya sülhməramlıları olmalıdır”, deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Bundan başqa Qriqoryan bildiririb ki, “Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.

Qeyd edək ki, Armen Qriqoryanın bu bəyanatına heç də inanmaq olmaz. Çünki il yarımdır ki, Ermənistan ordusu məhz "DQ"-nin "Müdafiə ordusu"nun tərkibində müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan ərazidə varlığını sürdürürdü və "DQ"-nin "Müdafiə ordusu" var olduqca, erməni hərbiçiləri də sülhməramlıların nəzarəti altında olan ərazidə var olmaqda davam edəcəklər. Ona görə də Rusiya sülhməramlıları 10 noyabr bəyanatından irəli gələn vəzifələrini icra etməli və qanunsuz silahlı birləşməni tərk silah edib, Azərbaycan ərazisindən çıxarmalıdır.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən cümə çıxışında 10 noyabr bəyanatına uyğun olaraq erməni hərbiçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı RusiyaErmənistana sərt dillə xəbərdarlıq etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Ən çox oxunanalar