Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir”

"Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın gürcüstanlı həmkarı David Zalkalianiyə zəng etdiyini xatırladıb: "Telefon danışığı zamanı bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb. Məlum olduğu kimi, ötən ilin dekabrında "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən çox daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər, eləcə də Azərbaycan barədə xoş fikirlər söylədilər".


"Eyni zamanda həmin dövrdə Gürcüstan rəhbərliyi də NATO-ya səfər etdi və müvafiq görüşlər keçirdi. Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Nikol Paşinyan NATO-ya səfər etməkdən boyun qaçırdı. Müxtəlif bəhanələrlə səfər və görüşdən imtina etdi. İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək Paşinyan və onun ikiüzlü komandası NATO-ya və Qərb ölkələrinə meyl edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır. Həmin vaxtda Paşinyan NATO-nun toplantısında iştiraka "yox" deyəndə Rusiya güclü idi. İndi isə Rusiyanın zəiflədiyini görən Paşinyan batmaqda olan gəmini tez tərk edən siçovullara bənzəyir. Budur Paşinyanın saxtakar komandasının həqiqi mahiyyəti. Heç şübhəsiz ki, Ermənistanın daima ikili oyun oynadığını Qərbdə də, Rusiyada da yaxşı bilirlər. Bu, bir daha Ermənistan siyasi rəhbərliyinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb dövlətləri, eləcə də Rusiya Ermənistana münasibətdə bu amilləri nəzərə almalıdır", - deputat bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar