Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Qazaxın kəndlərini boşaldacaq?

Paşinyan Qranadada Azərbaycanın 86,6 min kvadrat km ərazisini tanıdı və həmin ərazinin içərisində Qazaxın 7 kəndi də var...

Siyasi-şərhçi: “Paşinyan bu imza ilə, hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş oldu. Bu ərazilərin bizə aid olduğunu qəbul etdi”.

“Artıq Qarabağ məsələsi həll edildikdən sonra bizim növbəti hədəfimiz Zəngur dəhlizinin açılması və 8 kəndin bizə qaytarılması olacaq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın işğalı altında olan Qazaxın 7 və Naxçıvanın Kərki kəndlərni boşaldması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Paşinyan Qranadada bir sənəd imzaladı. Həmin sənədə əsasən, yenidən Azərbaycanın 86,6 min kvadrat km ərazisini tanımış oldu. Həmin ərazinin içərisində Qazaxın 7 və Naxçıvanın Kərki kəndləri də var. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı da Azərbaycanın 8 kəndinin qaytarılması məsələsini xatırladıb.

Bəs, Ermənistan həmin əraziləri boşaldacağı nə qədər real görünür?

AzərbaycanErmənistan arasındakı son münasibətləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan özünün iştirak etmədiyi görüşdən Paşinyanın rəsmi imzası ilə öz ərazi bütövlüyümüzü bir daha təsdiqlədi”.

Ermənistan əgər sülh istəyirsə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərindən çıxmalı olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, əks halda məsələnin fərqli yollarla həll edilməsi də istina deyil:

“Bildiyiniz kimi, Qranadada baş tutan bu görüş Azərbaycan siyasətinin növbəti uğuru oldu. Azərbaycan özünün iştirak etmədiyi görüşdən Paşinyanın rəsmi imzası ilə öz ərazi bütövlüyümüzü bir daha təsdiqlədi. Paşinyan bu imza ilə, hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş oldu. Bu ərazilərin bizə aid olduğunu qəbul etdi.

Artıq Qarabağ məsələsi həll edildikdən sonra bizim növbəti hədəfimiz Zəngur dəhlizinin açılması və 8 kəndin bizə qaytarılması olacaq. Bu ayın sonlarında ölkə başçıların növbəti görüşü gözlənilir. Hesab edirəm ki, növbəti etapda bu iki məsələ əsas gündəm mövzusu olacaq.

Düşünürəm ki, bu məsələ də yaxın zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz həllini tapacaq. Çünki Ermənistanın başqa alternativi yoxdur. Ermənistan əgər sülh istəyirsə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərindən çıxmalıdır. Əks halda məsələnin fərqli yollarla həll edilməsi də istina deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkimdən açıqlama

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Ən çox oxunanalar