Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan KTMT-dən çıxmalıdır” – İravanda Putini belə qarşılayırlar…

Bu gün Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitidə iştirak etmək üçün Ermənistana gəlir. Lakin Yeravan sakinləri onun gəlişinə heç də sevincək deyillər…

Ermənistan KTMT-dən çıxmalıdır, çünki təşkilat 2020-ci ilin payızında Dağlıq Qarabağda gedən müharibə zamanı ermənilərə kömək etmək üçün heç nə etməyib”.

PİA.az xəbər verir ki, bunu bu gün “Respublika” meydanında Putinin Ermənistana səfərinə etiraz edən İravan sakinləri bildiriblər.

Aksiya iştirakçılarının əllərində Ermənistan, ABŞ, Fransa və Ukrayna bayraqları, anti-Rusiya məzmunlu plakatlar olub. Rusiyaya qarşı müxalifət hərəkatının tərəfdarları “KTMT, get”, “Rusiya düşməndir”, “Azad, Müstəqil Ermənistan” şüarları səsləndiriblər.

“Respublika” meydanında Putinin Ermənistana səfərinə etiraz edən İravan sakinləri

Qeyd edək ki, bu gün, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək və həmin sammitdə də Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək. Putinin İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş planlaşdırdığı bildirilib.

Erməni politoloqları isə Putinin İrəvana səfərinin məqsədi ilə bağlı mübahisə ediblər. Onlardan bəziləri Ermənistanın Rusiyasız mövcudlunun mümkün olmadığını, digər tərəf isə Ermənistanın məhz Rusiyanın təsir dairəsindən uzaqlaşdıqdan sonra müstəqil ola biləcəyini iddia edirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar