Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan itkin vətəndaşlarımıza dair məlumatları təqdim etmir - Əli Nağıyev

Oktyabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Draqana Koiçi qəbul edib.

PİA.az DTX-nın saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev görüşdə BQXK-nin ölkəmizdə həyata keçirdiyi humanitar missiya, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibələri zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və axtarış prosesinin davamlı olaraq intensiv şəkildə aparılması, Ermənistanın itkin vətəndaşlarımıza dair məlumatları təqdim etməməsi ilə bağlı fikirlərini bildirib.
DTX rəisi həmçinin son dövrlərdə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsində göstərdiyi dəstəyə görə BQXK-yə minnətdarlığını ifadə edərək, Azərbaycan cəmiyyətində yüksək narahatlıqla qarşılanan yuxarıda sadalanan hallarla bağlı BQXK ilə birgə səylər sayəsində tezliklə konkret nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

Xanım Draqana Koiç isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkür edib, gündəlikdə duran önəmli məsələlərin həlli istiqamətində qarşılıqlı səmərəli münasibətlər çərçivəsində vacib addımların atıldığını diqqətə çatdırmaqla BQXK-nin son zamanlarda həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə eyni zamanda, hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar