Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Ağdama su kanalı çəkir – Suvarma üçün

Məqsəd işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daha bir irimiqyaslı infrastruktur layihəsi başladıblar. Bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.

Layihə barədə qondarma “DQR”in keçmiş “baş naziri”, hazırda “Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan məlumat verib. O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarlılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.

Arutyunyan deyib ki, su kanalının tikintisi sayəsində Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər sususluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək.

Qeyd edək ki, indiyə qədər ermənilər onsuz da Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.

İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə işğalçılar Azərbaycanın nəzarətində olan ərazilərə gələn suyu daha çox məhdudlaşdıracaqlar. Həmin o cümlədən işğal altındakı Ağdamın əkin sahələrini suvarmaya yönəldiləcək və beləliklə də Ağdamda məskunlaşdırma üçün daha geniş imkan yaranacaq.

Hansı ki, Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bu, Qarabağı Ermənistana birləşdirən üçüncü yol olacaq və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına hesablanıb.(Virtualaz.org)

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar