Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni separatizminin Vardanyan dönəmi – Separatçıların içində nələr baş verir?..

Ruben Vardanyan Paşinyanla əlbir çalışmağa qərar verib və hazırda “kadr qırğını” ilə məşğuldur...

Rus sülhməramlılarının nəzarəti altında olan ərazidə fəaliyyət göstərən erməni separatçılarının yeni peyda olmuş “lideri” Ruben Vardanyan Paşinyana yaxın olan adamları ətrafına toplamaqdadır.

PİA.az xəbər berir ki, bu barədə Ermənistanın “mediahub” resursu məlumat yayıb. Erməni resursu qeyd edir ki, Vardanyan onun nəzarətinə verilən ərazidə əsl “kadr qırğını” siyasətini yürüdür. “Vəzifə”lərindən azad olunanları isə Paşinyana rəğbəti ilə seçilən şəxslərlə əvəz edir.

“Söhbətimiz zamanı Vardanyan mənə belə dedi: Mən bilirəm ki, sən vətənpərvər oğlansan, amma mənim komandamda sənə yer yoxdur”.

Bunu “Mediahub” resursuna dekabrın 19-da Qarabağdakı erməni separatçı anklavının “dövlət naziri” Vardanyan tərəfindən işdən çıxarılan Artur Ayrapetyan deyib.

Onun sözlərinə görə, Kreml tərəfindən himayə olunan Vardanyan “öz komandasını” formalaşdırmaq üçün Ermənistanın baş naziri Paşinyana rəğbət bəsləyən şəxsləri cəlb edir. Məsələn, onun yeni müşaviri Arakelyan əvvəllər Nikolun müşaviri və Ermənistanın əmək və sosial məsələləri naziri olub.

Ayrapetyan əlavə edib ki, onun işdən çıxarılmasına səbəb Vardanyanın anklavda Ermənistan hakimiyyətinin siyasətinə qarşı olan insanlardan xilas olmaq niyyətidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar