Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni məsələsi” Ağ evə necə ayaq açıb? – Habertürk

Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başlayandan üç ay sonra – 2021-ci il aprelin 24-də ermənilərin saxta soyqırımı iddialarına tarixi həqiqət donu geydirərək XX əsrin ikinci onilliyində, Osmanlı İmperiyasının son çağlarında ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” adlandırıb.

Novator.az xəbər verir ki, Türkiyənin “Habertürk” qəzetində ermənilərin saxta soyqırımı iddialarının Ağ evə ayaq açmasının tarixi haqda qısa arayış dərc edilib.

Bildirilir ki, bu proses ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dövründən başlayıb.

Karter prezident postunu 1977-1981-ci illərdə tutub. 1974-cü ildən isə Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin olub. Bunun bir səbəbi 1974-cü ildə, Bülənd Ecevitin baş nazirliyi dövründə Türkiyə ordusunun Kipr türklərini müdafiə məqsədilə hərbi əməliyyat keçirməsidir. Digər səbəb yenə 1974-cü ildə və yenə Ecevitin baş nazirliyi dövründə Türkiyədə xaşxaş əkilməsini yasaqlayan qərarın ləğv olunması, nəticədə narkotikdən istifadənin çoxaldığı ABŞ-ın Tükiyəni narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan ölkələr siyahısına daxil etməsidir.

1978-ci ilin yanvarında Ecevit yenidən Türkiyənin baş naziri postuna qayıdandan az sonra, mayın 16-da Cimmi Karter ABŞ-da yaşayan ermənilərin şərəfinə qəbul keçirib. Qəbulda Karter erməni xalqından çox əzab çəkən bir toplumun olduğuna şübhə etdiyini söyləyib.

40-cı prezident Ronald Reyqan daha da uzağa gedərək 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirib. Reyqan 1981-ci ildə Holokost muzeyinin açılışı münasibətilə yaydığı açıqlamasında yəhudilərin və kambocalıların məruz qaldığı soyqırımından bəhs edərkən erməniləri də bu sıraya qatıb.

Corc Buşun (ata Buş) ABŞ prezidenti, Turqut Özalın Türkiyənin baş naziri olduğu dövrdə Amerika-Türkiyə münasibətləri yaxşı olub. Ata Buş ABŞ-ın 41-ci prezidentidir. Onun “erməni məsələsi”nə münasibət bildirməsi Turqut Özalın baş nazir olduğu dövrə düşüb. Buş öz açıqlamasında bir milyondan çox erməninin 1915-1923-cü illərdə qətliamların qurbanı olduğunu söyləməklə kifayətlənib.

“Erməni məsələsi”nə bir dəfə yox, dönə-dönə münasibət bildirmək, hər il aprelin 24-də bu mövzuda açıqlama yaymaq ənənəsini 42-ci prezident Bill Klinton yaradıb. Səkkiz illik prezidentliyi dövründə Klinton öz açıqlamalarında Osmanlı İmperiyasının son çağlarında ermənilərin çoxlu ölümə və köçkünlüyə məruz qaldığını vurğulayıb.

Kiçik Buş kimi tanınan 43-cü prezident Corc Buş bu ənənəni pozmayıb və hər il aprelin 24-də Klintonun açıqlamalarına bənzər açıqlamalar verib.

44-cü prezident Barak Obama hakimiyyətə gələnə qədər “soyqırımı” kəlməsini işlədəcəyini vəd etsə də, hakimiyyətdə olanda bundan imtina edib, əvəzində “böyük fəlakət” ifadəsini işlədib.

45-ci prezident Donald Tramp bu ənənəyə sadiq qalıb. Amma Trampın vaxtında başqa bir dəyişiklik olub: ABŞ-ın həm Nümayəndələr Palatası, həm də Senatı “erməni soyqırımı” haqda qanun layihəsi qəbul edib. Konqres layihəni təsdiqləməyib və Tramp “böyük fəlakət” ifadəsini işlətməyə davam edib.

Ronald Reyqanın qiymətləndirməsi ilə Cozef Baydenin qiymətləndirməsi arasında mühüm fərqlərdən biri odur ki, Reyqanın vaxtında ABŞ-da “erməni soyqırımı”nı tanıyan hansısa sənədlər yox idi, indi var.

Cozef Bayden ABŞ-a 2021-ci il yanvarın 20-dən rəhbərlik edir. O, ölkəsindəki erməni lobbisinə yaxın, Türkiyəyə qarşı sərt mövqeyi olan siyasətçi kimi tanınır.

Bayden komandasının əsas üzvü – vitse-prezident Kamala Harris erməni lobbisinə prezidentdən də yaxın adam sayıla bilər. Məsələ burasındadır ki, Harris erməni lobbisinin güclü olduğu Kaliforniya ştatında doğulub. O, 2011-2017-ci illərdə bu ştatın baş prokuroru olub. 2017-ci ildə Kaliforniyadan ABŞ Senatının üzvü seçilib və vitse-prezident vəzifəsinin icrasına başlayana, yəni 2021-ci ilin 20 yanvarınadək kaliforniyalı senator kimi fəaliyyət göstərib.

Mənbə: Haberturk.com

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ən çox oxunanalar