Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni diasporu ilə dostlaşıb, yezidlərə yardım göndərək…”


“Erməni diasporu ilə dostlaşıb, yezidlərə yardım göndərək…”


Millət vəkili Fazil Mustafa bir müddət öncə Azərbaycandan yezidlərə dəstək verənlərlə bağlı yazdığı narahatlığın öz təsdiqini tapdığını bildirib. 
 
Axar.az xəbər verir ki, millət vəkili vaxtilə yezidlərin Qarabağda ermənilərlə birgə azərbaycanlılara qarşı döyüşdüyünü bildirib: 
 
“Bu da bizim narahatlığımızın təsdiqi. Azərbaycan adından yezidlərə dəstək verənlər nə məqsəd güdürlər? O zaman Avroviziyada ermənilərə səs verənləri niyə qınayırsınız? Onlarla əməkdaşlıq edənləri hüquqi və ictimai qınağa niyə çəkirsiniz? Bundan sonra niyə Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz edirik? Yezidlər ermənilərlə birlikdə yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Əlbəttə, onların hərəkətini bütün yezidlərə şamil etmək doğru olmaz”. 
 
Millət vəkilinin sözlərinə görə, yezidlərə verilən dəstək dünya erməniləri ilə qurulan münasibətə bərabərdir: 
 
“O zaman gərək Ermənistan ermənilərinin də hərəkətlərini dünyanın başqa yerlərində yaşayan ermənilərdən ayrıca qiymətləndirək və erməni diasporu ilə dostluq quraq. Halbuki məhz erməni diasporu xaricdə bizə qarşı ən kəskin düşmənçilik münasibəti bəsləyir. Ancaq bir təsəllimiz var ki, hətta bu yezidlər də bir misqal bizim millətdən oyanıqdırlar. İnanmıram ki, hansısa yezid bu “xeyriyyəçilər"in illərdir bizim millətə yedirdiyi qidaların mənşəyini biləndən sonra nəyisə dillərinə vursunlar. Düşünməyə dəyər...”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar