Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Azərbaycanın “Zəngəzur dəhlizi”ni güc yolu ilə açması ən böyük ağılsızlıq olardı...

Ermənistanın Baş naziri France 24 telekanalına verdiyi müsahibəsində Azərbaycanı və şəxsən İlham Əliyevi Ermənistanın yeni ərazilərini ələ keçirməkdə ittiham edib...

Siyasi-şərhçi: “Bu bəyanatın Fransada verilməsi təsadüfi deyil. Ona görə ki, Ermənistanı hal-hazırda hərbi-siyasi baxımdan dəstəkləyən əsas ölkələrdən biri Fransadır”.

Azərbaycan beynlxalq hüquqdan irəli gələn təbii şeylər tələb edir. Adi bir misal göstərim ki, Azərbaycanla və Türkiyə ilə sülh axtaran Ermənistanın konstitutssiyasında hər iki ölkəyə qarşı ərazi iddiaları yer alıb. Bu anormallıqdır və buna baxmayaraq Paşinyan sülhə hazlr olduğunu iddia edir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistanın Baş nazirinin dünən France 24 telekanalına verdiyi müsahibəsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən France 24 telekanalına müsahibə verən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı və şəxsən İlham Əliyevi Ermənistanın yeni ərazilərini ələ keçirməkdə ittiham edib və qeyd edib ki, hazırda Azərbaycanla sülh sazişinin imzalanmasını düşünmək mümkün deyil.

Paşinyanın bu açıqlaması və Azərbaycanla sülh sazişinin imzalanmasını vurğulaması hansı məna kəsb edir? Əslində bu tip açıqlamalarla Paşinyan yeni müharibəni tətikləmirmi və “Zəngəzur dəhlizi”nin güc yolu ilə açılmasını təhrik etmirmi?

Paşinyanın Azərbaycana qarşı planlaşdırdığı yeni siyasi oyunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İndi Ermənistan özünü daha inamlı hiss edir. Hətta ola bilər ki, Ermənistan Azərbaycanı hansısa hərbi əməliyyatlara təhrik edə bilər”.

Cəmiyyəti yalançı uğurlara, hələ müəmmalı olan, nəticəsi bilinməyən hərbi əməliyyatlara kökləməyin özünün yalnış olduğunu qeyd edən ekspert Poliqon-a bildirib ki, budan yararlanan Paşinyan da Azərbaycanı təcavüzkar dövlət, təhdid mənbəyi kimi göstərməyə çalışır:

“Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və sülh danışıqlarının davam etməsinə heç bir tərəfdən maraq müşahidə olunmur. Sadəcə indiyədək Paşinyan özünü sülh sevər, sülhə meyilli lider kimi göstərirdi. Bununla da Paşinyan dəstək qazanmağa, ilk növbədə də beynəlxalq dəstək qazanmağa çalışırdı. İndi isə Ermənistanın Baş naziri bir qədər ritorikasını dıəyişib, amma yenə də özünü sülhə hazır tərəf kimi göstərir və eyni zamanda Azərbaycanın sülhə deyil, müharibəyə hazırlaşdığını təbliğ edir.

Əslində bu normal bir şeydir, lakin bu bəyanatın Fransada verilməsi təsadüfi deyil. Ona görə ki, Ermənistanı hal-hazırda hərbi-siyasi baxımdan dəstəkləyən əsas ölkələrdən biri Fransadır. Əlbəttə, Paşinyan da sülh müqaviləsinin imzalanmasının uzanmasında maraqlı idi. İndi də İrəvan sülh müqaviləsinin maksimum şəkildə uzadılmasının tərəfdarıdır və hesab edir ki. bir neçə ildən, ya da on illikdən sonra Ermənistan üçün daha sərfəli geosiyasi vəziyyət yarana bilər. AmmaErmənistan rəhbərliyi hər dəfə özünü çox məharətlə sülh tərədarı kimi göstərir. Halbuki İrəvan sülh istəməyən və Fransa kimi tərəfdaşları ilə bu sülhün qarşısını almaq üçün hər şeyi edən ölkədir. Buna baxmayaraq Paşinyan ikiüzlükülə özünü elə aparır ki, guya sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

Ərəstun Oruclu: “Bu gün Paşinyana və Ermənistana Hindistanın, Fransanın hərbi, ABŞ-ın, Avropa Birliyinin siyasi dəstəyi var. Bu da İrəvanı daha da cəsarətləndirir”.

Paşinyana görə məhz Azərbaycan bu prosesini pozur, çünki maksimal davranır. Halbuki Azərbaycan beynlxalq hüquqdan irəli gələn təbii şeylər tələb edir. Adi bir misal göstərim ki, Azərbaycanla və Türkiyə ilə sülh axtaran Ermənistanın konstitutssiyasında hər iki ölkəyə qarşı ərazi iddiaları yer alıb. Bu anormallıqdır və buna baxmayaraq Paşinyan sülhə hazlr olduğunu iddia edir. Və yaxu da Paşinyan “Zəngəzur dəhlizi” ilə bağlı üç il əvvəl imzaladığı sənəddən tamamilə imtina edir və bu zaman ağ yalan danışmaqdan belə çəkinmir. Yəni bütün bunlar Ermənistanın sülh prosesi üzərində necə manipulyasiya etməsini göstərir. Və çox təəssüf ki, bu manipulyasiya bir şox iri dğvlətlər tərəfindən dəstəklənir.

Bu gün Paşinyana və Ermənistana Hindistanın, Fransanın hərbi, ABŞ-ın, Avropa Birliyinin siyasi dəstəyi var. Bu da İrəvanı daha da cəsarətləndirir. Ona görə də indi Ermənistan özünü daha inamlı hiss edir. Hətta ola bilər ki, Ermənistan Azərbaycanı hansısa hərbi əməliyyatlara təhrik edir.

Birinci sual budur ki, Azərbaycan həmin “Zəngəzur dəhlizi”ni silah gücü ilə aça bilərmi? Sözsüz ki, Azərbaycan istənilən hərbi əməliyyatda uğur qazanacaq. Amma çox təəssüflə deyirəm ki, Ermənistanın vaxtı ilə Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə olan aldadıcı, yalançı özgüvəni bu gün Azərbaycana yoluxub. İndi biz azərbaycanlıllar elə bilirik ki, silah gücü ilə hər şeyi həll edə bilərik və Azərbaycan cəmiyyəti də rəsmi təbliğat tərəfindən məhz bu istiqamətə köklənib. Bu yalnışdır.

Biz hələ bilə bilmirik ki, hansısa bir növbəti hərbi qarşıdurma olsa, bu hansı nəticə ilə yekunlaşacaq. Hər şeydən əvvəl yeni dünya düzənində kimlərin söz sahibi olacağı da hələ sual altındadır. Doğrudanmı çox qütblü dünya sistemi yaranacaq və bu sistem xaos yaratmayacaq. Açığı dünya hələ öz yeni siyasi siteminə qovuşması üçün nə qədər yol getçəlidir, o belə bilinmir. Dünyanın heç bir güclü hərbi strateqi və yaxud hərbi strateji mərkəzi təhlil aparıb deyə bilməz ki, bu ölkə ilə o ölkə qarşı-qarşıya gəlsə, nəticə nə olacaq. Adi bir şeyi misal gətirim. HƏMAS-ın İsrailə qarşı müqavimətini görürük, İsrail HƏMAS-ın öhdəsindən gələ bilmir. Görürük ki, Qırmızı dənizdə İranın proksi olan Husilər Böyük BritaniyaABŞ kimi dövlətləri girinc qoyubdur.

Ərəstun Oruclu: “Paşinyan təbii ki, Azərbaycana yeni müharibəyə təhrik edir. Amma Paşinyanın təhriki ilə Azərbaycan müharibəyə getməməlidir”.

Buna görə, cəmiyyəti yalançı uğurlara, hələ müəmmalı olan, nəticəsi bilinməyən hərbi əməliyyatlara kökləməyin özü yalnışdır. Çox təəssüf ki, Azərbaycanda belə bir təbliğat gedir. Paşinyan da bundan məharətlə istifadə edir. Paşinyan Azərbaycanı təcavüzkar dövlət, təhdid mənbəyi kimi göstərməyə çalışır. Bununla da özünə tərəfdaş yığır.

Azərbaycanın “Zəngəzur dəhlizi”ni güc yolu ilə açması ən böyük ağılsızlıq olardı. Mən ümid edirəm ki, Azərbaycan mətbuatında zaman-zaman səsləndirilən bu sərsəm iddia məhz təbliğat xarakteri daşıyır, real addım, real plan deyil. Çünki belə olacağı halda Azərbaycanı çox ciddi problemlər gözləyə bilər və gözləyəcək də. Bu mütləq olacaq. Mən hələ siyasi, hansısa hüquqi problemlərdən danışmıram. Biz heç hərbi problemləri, yəni Ermənistanın hansı silahlara sahib olmasını, hansı tərəfdaşları ilə hansı işləri görməklərini bilmirik. Bu barədə müəyyən məlumatlarımız var, amma bu məlumatların nə dərəcədə dəqiq olmasına heç kəs təminat verə bilməz.

Ona görə də Paşinyan təbii ki, Azərbaycana yeni müharibəyə təhrik edir. Amma Paşinyanın təhriki ilə Azərbaycan müharibəyə getməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar